SpektrMed anbardar axtarır

İşəgötürən: SpektrMed
Vakansiya: Anbardar
Son tarix: 10 iyun 2022
Vəzifə öhdəlikləri:
-Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək;
-Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq;
-Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək;
-Anbardan mal çıxışına nəzarət etmək;
-Anbarın iş fəaliyyətini və sifarişlərin icrasını sürətləndirmək məqsədi ilə işlərin elektron qaydada proqram üzərindən təmin edilməsi;
-Malların yüklənilməsi/boşaldılması;
-Anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək.
Namizədə aid tələblər:
-Təhsil : Ali təhsil;
-İş təcrübəsi : 1 ildən 3 ilə qədər;
-Yaş : 25- 40;
-Cins : Kişi;
-MS Office və 1C proqram bilikləri;
-Komandada işləmək bacarığı;
-Ciddi, məsuliyyətli, punktual, diqqətli, fəal, ünsiyyətcil və çalışqan.
İş qrafiki:
-Həftə içi 09:00-dan 18:00-a dək, şənbə günü 10:00-dan 13:00-dək;
-Əmək haqqı: 500-600 Azn
-Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır;
-Ünvan: Bakı şəh, Yasamal rayonu Nazim Hikmət küç 30C.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 16 saat, 56 dəq
-
2 ay, 4 gün, 12 saat, 27 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 20 saat, 25 dəq
- 2 ay, 1 həftə, 5 gün, 20 saat, 15 dəq
- 2 ay, 1 həftə, 5 gün, 20 saat, 18 dəq