SPA və İstirahət şöbəsində Massajçı (Therapist) tələb olunur
İşəgötürən – Bilgah Beach Hotel
İş yeri:
“Bilgah Beach Hotel”, Bilgəh qəsədəsi, Qələbə küçəsi 94, AZ 1122;
AR Əmək Məcəlləsi-nə uyğun işə qəbul;
5 günlük iş həftəsi, həftə içi 2 istirahət günü. İş cədvəli dəyişkən qrafik əsasında
Nəqliyyat şirkət tərəfindən təmin olunur (Koroğlu metrosu – Bilgah Beach Hotel – Koroğlu metrosu);
Nahar şirkət tərəfindən təmin edilir; İcbari və könüllü tibbi siğorta;
Əmək haqqı haqqında ətraflı məlumatları müsahibə zamanı bildirilir.
Əsas öhdəliklər:
Massaj otağına qonaqları qəbul edir, onlar barəsində zəruri məlumatları (travmalar, xəstəliklər, həkimin təyinatı (fitness-təlimatçısının), əks göstərişlər, məqsəd və s.) öyrənir;
Massajın tipini və növünü müəyyən edir;
Sertifikatlaşdırılmış massaj avadanlığı və inventardan istifadə edir, massaj avadanlığını və inventarını massaj seansı üçün hazırlayır;
Massaj seansını (ümumi sağlamlıq, idman, anti-sellülit,klassik,aromaterapiya,ekzotik,kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirir;
Qonağın “problemli” yerlərini müəyyənləşdirir və seqment massajı edir;
Qonaqlara özünü-massaj etmək imkanları və digər peşəkar məsələlər barəsində tövsiyyələr verir;
Qonaqlardan öyrəndiyi məlumatların konfidensiallığını təmin edir;
Massaj otağında zəruri təmizlik və səliqəni təmin edir;
Massaj sahəsində yerli və xarici təcrübəni öyrənir,həmçinin öz ixtisasını sistematik olaraq artırır;
Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirir
Tələblər:
Azərbaycan dili mükəmməl səviyyədə Rus dili əla səviyyədə Səlis danışıq qabiliyyəti Analoji sahədə ən azı 1 il iş təcrübəsi (4 və 5 ulduzlu otellərdə iş təcrübəsinə üstünlük verilir);
Enerjili,punktual,məsuliyyətli,kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli Mehriban və kollektiv ilə birgə işləmə bacarığının olması Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olması
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü hissəsinə “Spa və İstirahət şöbəsində Massajçı (Therapist)” qeyd edərək e-mail adresinə [email protected] göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: +994 51 225 89 59
Vakansiyalar
- 1 həftə, 4 gün, 23 saat, 26 dəq
- 2 həftə, 6 gün, 3 saat, 51 dəq
- 1 ay, 2 həftə, 2 gün, 12 saat, 59 dəq
- 1 ay, 2 həftə, 2 gün, 17 saat, 1 dəq
-
1 ay, 2 həftə, 2 gün, 17 saat, 2 dəq
In diretta casino: funzionamento, sicurezza e possibilità di guadagno sul web