Sosial media sahəsi üzrə kreativ olan işçi tələb olunur

Menecer


İşəgötürən – Maymed- Avis MMC (AVİS Tibbi Marketlər Şəbəkəsi)

Vəzifə- Kontent menecer

Vəzifə öhdəlikləri:

-Sosial Medialar üçün kreativ, orijinal və yüksək keyfiyyətli kontent hazırlamaq.

-Təsdiq edilmiş plan əsasında targetə uyğun reklamları yerləşdirmək və izləmək.

-Sosial mediada bazarın təhlilini aparmaq (vendor, məhsul və rəqiblər üzrə).

-Gündəlik rəhbərlik tərəfindən verilən işlərin yerinə yetirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

-Marketinq sahəsində təhsil (ali, kurslar və s.).

-SMM üzrə ən azı 1-3 il iş təcrübəsi.

-Azərbaycan dili qrammatikası biliyi, eyni zamanda düzgün tətbiq edilməsi bacarığı.

-Facebook, Linkedin, Instagram, Tik Tok üzrə istifadəçi təcrübəsi, rəqəmsal reklamları idarəetmə bacarığı.

-Reklam nəticələrini analiz edə bilmək bacarığı.

-Microsoft Office və İnternet resursları ilə işləmə bacarığı.

-Komandada işləmək qabiliyyəti.

-Yaradıcı və analitik düşüncə tərzi.

-Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik.

İş şəraiti:

Həfətədə 5 günlük iş rejimi. Tam qrafik

Ünvan : Badamdar şossesi 5

Əmək haqqı – 700-800

Yaş – 22-35

Cv-nizə portfolionuzu əlavə etmeyiniz unutmayın. Vakansiyanın adını qeyd edərək e-mail ünvanına [email protected] göndərin .

Elanın bitmə tarixi – 24.11.22

Şirkət haqqında

AVİS Tibbi Marketlər Şəbəkəsinin fəaliyyəti pərakəndə əczaçılıq sektorunda birbaşa müştəriyə xitab edir. Daim yüksək keyfiyyətli məhsul və xidmətlərə üstünlük verən şirkətimiz əsasən 4 istiqamətdə fəaliyyət gostərir:

-Aptek

-Tibbi market

-Optika

-Eşitmə Mərkəzi

AVİS Tibbi Marketlər Şəbəkəsi olaraq müvəffəqiyyət qazanmağımızın səbəblərindən biri, əsas işimizin əczaçılıq olmasından qaynaqlanır. Şirkətimiz Optika, Tibbi market, Aptek və Eşitmə mərkəzi olaraq bu sahədə təcrübəli mütəxəssislərimiz vasitəsilə etibarlı və müştəri məmnuniyyətini ön planda tutaraq, gələcəyə doğru irəliləməkdədir.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]