“SOCAR Polymer” büdcə mütəxəsisi axtarır

Mütəxəssis


İş yeri -Sumqayıt

Vakansiya – Büdcə mütəxəsisi

VƏZİFƏNİN QISA TƏSVİRİ

Bu vəzifə büdcə fəaliyyətlərinin koordinasiyasi və büdcə hazırlanması üçün vacib olan departamentlərin büdcə məlumatlarının toplanması üçün məsuliyyət daşıyır. Şirkətin büdcə fəaliyyətinin planlaşdırılması, təhlili və hazırlanmasında Büdcə və Nəzarət Menecerinə yardım etmək üçün məsuliyyət daşıyır. Büdcə və Nəzarət Menecerinə gündəlik büdcə ilə bağlı tapşırıqların və məsələlərin həll olunmasında kömək etmək;  istifade edilmiş büdcə hesabını və həmçinin, xərclərin növünü izləmək; və baş veren bütün xərc sərfiyyatının büdcəyə uyğun olduğunu və ERP sistemdə düzgün əks olunduğuna nəzarət etmək  məsuliyyətini daşıyır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

-Gündəlik büdcə ilə bağlı fəaliyyətləri, məsələn, materialları, kommunal xidmətləri, üzvlük haqları və digər öhdəlikləri, konsultasiya xidmətlərini müəyyən etmək, o cümlədən, bu məlumatların düzgünlüyünü yoxlamaq, düzəltmək və uyğun aliş sifarişinin hazırlanmasına nəzarət  etmək;

-Excel cədvəlləri və digər programlardan istifadə edərək kompleks maliyyə və  büdcə modelini hazırlanması və tətbiqinə köməklik göstərmək;

-Aylıq, rüblük və illik büdcə sərfiyyatı hesabatını hazırlanması və büdcəni aşan və ya büdcədəki məbləğdən az sərf olunan xərclərin analizi;

-Büdcə ilə bağlı məsələlərin həll olunması üçün departament menecerləri ilə işləmək. Büdcə sahiblərinə mürəkkəb büdcə məsələlərini və fərqli büdcə hallarını başa düşülməsində köməklik göstərmək;

-Büdcə məlumatları və düzgün büdcə prosedurları ilə bağlı şirkət şöbələri və menecerləri ilə əlaqə və mənbə rolunu oynamaq;

-Yeni büdcə prosedurları və siyasətləri baxımından tövsiyələrin verilmək; Büdcə hesabatlarının etibarlılığını artırmaq üçün təhlil və məlumatların təqdim edilməsinin yeni yollarının təklif edilməsi

-Planlaşdırılmamış büdcə xərcləri zamanı Əlavə Fond Sorğu Formalarının hazırlanması

-İllik və proqnozlaşdırılmış büdcələrin və fondların nəzərdə tutulmuş  son vaxta qədər təqdim edilməsi.

-Şöbə menecerinin tələb etdiyi digər vəzifələr

TƏLƏB OLUNAN BACARIQLAR

TƏCRÜBƏ:

– Minimum Müvafiq sahədə ən azı 2-4 il iş təcrübəsi

DİL BİLİKLƏRİ:

-Yüksək səviyyədə Azərbaycan və Ingilis dili

-Rus dili biliyi üstünlükdü.

TEXNİKİ BACARIQLAR:

-Yüksək səviyyədə  MS Excel bacarığı( xüsusilə, mürəkkəb formulalar, pivot cədvəlləri və qrafiklər qurmaq bacarığı);

-Proqnozlaşdırma metodları və data analtikası bacarıqları;

-Maliyyə, mühasibatlıq, büdcə və xərclər üzrə nəzarət sahələrində biliyinin olması;

-Detallara diqqət yetirməklə qabaqcıl hesablama bacarıqları.

-Qısa və uzunmüddətli büdcə və proqnozlaşdırma, büdcələşdirmə üsulları və məhsul növlərinin gəlirliliyinin təhlil üzrə iş bilikləri;

-Yüksək ünsiyyət və təqdimat bacarıqları

TƏLƏB OLUNAN TƏLİM VƏ TƏHSİL

-Maliyyə və ya Mühasibatlıq sahəsində bakalavr dərəcəsi

-Yaxşı Excel bilikləri olması

-ACCA və ya  CIMA sertifikatları olanlara üstünlük verilir;

MÜRACİƏT PROSEDURU

Bu linkə daxil olaraq birbaşa müraciət edə bilərsiniz.

Yuxarıda qeyd edilən vakansiya Azərbaycan Respublikasının vətəndaşları və yaxud Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan şəxslər üçün nəzərdə tutulur. Elan edilən vəzifə üçün bütün uyğun namizədlər qiymətləndiriləcək və bu qiymətləndirmə bərabər əsaslarla aparılacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.  

Son müraciət tarixi: 14 İyul 2022 ci il

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]