SMTS aparıcı mühasib axtarır

İşəgötürən: SMTS
Vakansiya: Aparıcı mühasib
Son tarix: 08 iyul 2023
Vəzifə öhdəlikləri:
-İstehsalat, tikinti və kommersiya strukturunu bilməli, Dövlət qurumları tərəfindən tələb olunan bütün vergi və maliyyət hesabatlarını tərtib etmək;
-Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş vaxtda tərtib və təqdim edilməsi;
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-İlkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;
-Rentabelliyin daim nəzarətdə saxlanılması məqsədilə şirkətin fəaliyyətinə məxsus maya dəyərləri, vergi riskləri, kreditor və debitorlarla düzgün hesablaşmalar aparmalı;
-Mal-material uçotunun düzgün təşkili və anbar uçotunun aparılması;
-Pul vəsaitləri haqqında hesabatın, mənfəət və balans hesabatlarının aylıq və illik olaraq tərtibi və analizlərini həyata keçirmək, vergi qaydalarının uyğunluğunu təmin etmək;
-Hesab və elektron qaimə-fakturaların yazılması;
-Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
-Vergi, statistika və DSMF hesabatların hazırlanması;
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
-Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat);
-Aparıcı mühasib və ya baş mühasib olaraq ən azı 5 il iş təcrübəsi;
-Microsoft Office (Outlook, Word, xüsusi ilə Excel) əla səviyyədə bilməli (LOGO proqramını bilənlərə üstünlük veriləcək);
-Azərbaycan dili əla səviyyədə bilməli;
-Vergi məcəlləsini əla bilməli;
-PMS (Peşəkar Mühasib Sertifikatı) sertifikatı;
-Dürüst və məsuliyyətli;
-Yüksək analitik təhlil, iri həcimli məlumatları işləmək bacarığı olmalı.
Digər qeydlər:
-Yaş həddi: 25-45
-Əmək haqqı: NETT olaraq 2000 –3000 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
-İş rejimi: 5 günlük iş həftəsi
-Nahar şirkət tərəfindən verilir.
-İş yeri: Bakı şəhəri Nərimanov ray., Əhməd Rəcəbli
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə [email protected] elektron ünvanına mövzu yerinə “Aparıcı mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
- 2 gün, 19 saat, 10 dəq
- 2 gün, 19 saat, 12 dəq
- 2 gün, 19 saat, 14 dəq
- 2 gün, 19 saat, 16 dəq
- 2 gün, 19 saat, 18 dəq