“Smile terrace cafe” aşbaz axtarır

-İşəgötürən: “Smile terrace cafe”
-Vakansiya: Aşbaz
– Maaş : 1000 -1500 AZN
– Şəhər -Bakı
-Yaş- 30 – 45 yaş
Təhsil- Ali
-İş təcrübəsi- 5 ildən artıq
-Elanın bitmə tarixi- İyul 22, 2022
-Əlaqədar şəxs- Dilbər x.
– Telefon
(012) 491-26-26
(050) 491-26-26
(050) 277-27-16
-E-mail- [email protected]
İş barədə məlumat
– Mətbəxin işini təşkil etmək və işçi heyətini idarə etmək
– Menyunun hazırlanmasında iştirak etmək
– Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlanması sahəsində olan yenilikləri nümayiş etdirmək
-Avropa və milli mətbəxinə aid yeməkləri bişirmək və servis etmək
– Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək
– Təsdiq olunmuş maliyyə büdcəsinə uyğun olaraq lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq və tələb olunan standarta cavab verməsinə nəzarət etmək
– Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək
– Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək
– Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etmək
– Mətbəxlə bağlı vaxtaşırı keçirilən sorğu əsasında şikayət və narazılıqların araşdırılmasında və problemin həllində iştrak etmək, verilən təklifləri nəzərdən keçirmək
– Vəzifəsinin icrası ilə bağlı verilən digər tapşırıqları yerinə yetirmək
İş qrafiki: 6 günlük iş həftəsi
Kafe-restoran Bayıl ərazisində yerləşir
Namizədə tələblər
– Müvafiq sahə üzrə peşə təhsili
– Yaş aralığı: 30-45
– Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etməli
– Milli və Avropa mətbəxi peşəkar səviyyədə bilməli
– Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli
– Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli
– İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini [email protected] mail ünvanına “Aşpaz” yazmaqla göndərə bilərsiniz.
Vakansiyalar
- 14 saat, 13 dəq
- 1 gün, 15 saat, 8 dəq
- 1 gün, 15 saat, 22 dəq
- 2 gün, 9 saat, 45 dəq
- 2 gün, 9 saat, 50 dəq