Şirkətə SƏTƏM üzrə menecer tələb olunur

İşəgötürən: GM Construction
Vakansiya: SƏTƏM üzrə menecer
Son tarix: 18 may 2022
Vəzifə öhdəliyi:
-Şirkətdə Əməyin mühafizəsi və təhlükəsizliyinin idarəetmə sistemini yaratmaq və onun tətbiqini təmin etmək;
-Şirkətin SƏTƏM baxımından fəaliyyətini təhlil etmək və bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək, fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər təklif etmək;
-İş şəraitində riskləri qiymətləndirmək və ona uyğun tədbirlər planını hazırlamaq;
-Sahədə mütamadi yoxlamalar apararaq nöqsan və qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək, onların aradan qaldırılması üzrə müvafiq prosedurlar hazırlayaraq tətbiq etmək;
-SƏTƏM-ə dair statistik məlumatların toplanılmasını təşkil və təmin etmək və risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək; Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və bu hadisələrdən örnək dərslərinin çıxarılması üçün hadisələrin araşdırılmasına rəhbərlik etmək;
-Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimləri təşkil və təmin etmək;
-Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
-İş prosesində hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
-Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət etmək ;-
-İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbəblərini müəyyən etmək, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək ;
-Sahədə aparılan işləri “İş icazəsinə” əsasən tətbiq etmək;
-Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılmasını təşkil etmək;
-Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühüm önləyici addımlar atmaq;
-İş şəraitinin, avadanlıqların və fəaliyyətin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etmək və qiymətləndirmək;
-SƏTƏM üzrə KPİ sistemini hazırlanmasında və tətbiqinə iştirak etmək;
-Tabeçiliyində olan şöbə əməkdaşlarını düzgün idarə etmək, onlar arasında tapşırıqları bölüşdürmək, fəaliyyətlərinə nəzarət edərək qiymətləndirmək, SƏTƏM üzrə illik məqsəd və hədəflərə çatmaq üçün lazəmə tədbirlər planını hazırlamaq.
Nəyi bilməlidir:
-Əməyin təşkilinin əsaslarını;
-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenanın norma və qaydalarını;
-İSO 9001:2015, İSO 45001-2018 standartının əsaslarını;
-SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasını;
-Bədbəxt hadisələrin, qəzaların araşdırılması və təməl səbəbinin təhlil olunması metodlarını;
-Hündürlükdə görülən işlər və yükqaldırma əməliyyatlarını;
-Yaxşı səviyyədə rus və ingilis dilini;
-Sərbəst istifadəçi səviyyəsində Microsoft Word, Excel, Outlook proqramlarını.
Nəyi bacarmalıdır:
-Yüksək davranış və ünsiyyəti;
-Düzgün təhliletmə və qərarverməni;
-Məsuliyyəti üzərinə götürmə və problemi həlletməni;
-Detallara diqqət yetirmə;
-Çeviklik.
Xüsusi tələblər:
-Texniki sahə üzrə ali təhsil;
-Yaş həddi: 35 – 50 yaş;
-Beynəlxalq sertifikatın (IOSH və ya NEBOSH) olması;
-Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
-Səliqəli xarici görünüş;
-Sağlamlığında məhdudiyyətin olmaması və yaxşı fiziki hazırlıq;
-Ezamiyyələrə hazır olmaq;
-Vaxtaşırı rotasiya;
-Sürücülük təcrübəsi.
Gözlənilən davranışlar:
-Nizam-intizamlı;
-Stresə qalib gəlmə;
-Tələbetmə və yönləndirmə;
-Komandada işləmə və düzgün idarəetmə.
İş şəraiti:
-İş qrafiki: 6 günlük;
-AR ƏM -nə müvafiq sənədləşmə;
-Korporativ nömrə ilə təmin edilmə;
-Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun (2000 – 2500 man) təyin olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlər [email protected] elektron poçtuna mövzu yerində “SƏTƏM üzrə menecer” qeyd etməklə yalnız azərbaycan dilində CV (əcnəbi dildə tərtib olunmuş CV-lərə baxılmayacaq) göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 14 saat, 19 dəq
-
2 ay, 3 gün, 9 saat, 50 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 17 saat, 48 dəq
- 2 ay, 1 həftə, 4 gün, 17 saat, 38 dəq
- 2 ay, 1 həftə, 4 gün, 17 saat, 41 dəq