Şirkətə audit üzrə mütəxəssis tələb olunur
Gədəbəy Mineral Suları Audit üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzi̇fə Öhdəli̇kləri̇:
Fəaliyyət göstərilən ərazidə ticarət nöqtələrində borcların yoxlanışının həyata keçirilməsi, uçot məlumatlarına əsasən qarşılıqlı üzləşmə sənədləşmənin dəyərləndirilməsi, yoxlanılması və raporlanması;
Debitor və kreditor borcların yoxlanılması;
Xərclərə nəzarət edilməsi;
Ödənişlərin araşdırılması;
Daxili alışların yoxlanılması;
Aylıq daxili nəzarətlə bağlı hesabatın hazırlanması;
Daxili nəzarətlə bağlı tapşırıqlar;
Mal qalığına nəzarət edilməsi;
Tələb edilən hallarda rayon filiallarına ezamiyyətə gedilməsi;
Distribyutor və yerli istehsal anbarlarında mövcud olan məhsulların sayımının həyata keçirilməsi;
Audit planı əsasında xüsusi audit yoxlamalarında iştirak edilməsi;
Tələblər:
Ali təhsil (Hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, idarəetmə ixtisasları üzrə);
İxtisası üzrə azı 1-3 il (FMCG sahəsində olması üstünlükdür), müvafiq sahə üzrə iş təcrübəsi;
Dil bilikləri: Rus dili üstünlükdür;
Microsoft excel üzrə tam peşəkar istifadə, digər Office proqramlarından isə sərbəst istifadə bacarığı;
Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları;
İş reji̇mi̇ və di̇gər şərtlər:
Əmək haqqı: 700-1000 AZN;
İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
İstirahət günləri: şənbə və bazar;
İş yerinin ünvanı: Bakı şəhəri, Ziya Bünyadov pr. 20/61 Dərnəgül Tikinti Sənayesi
Müraciət etmək istəyən namizədlərdən CV-lərini [email protected] mail ünvanına mövzu hissəsinə “ Audit üzrə mütəxəssis ” qeyd edərək göndərmələri xahiş olunur.
Vakansiyalar
- 18 saat, 39 dəq
- 21 saat, 16 dəq
- 21 saat, 16 dəq
-
1 gün, 15 saat, 48 dəq
A tájékozottság jelentősége: Hogyan formálja az ismeret a kortárs hétköznapokat?
-
1 gün, 22 saat, 13 dəq
Что представляет собой Big Data и каким образом обрабатывают масштабные сведения