Şirkətə “Anbar və Logistika şöbəsinin Rəhbəri” tələb olunur

Anbardar


İşəgötürən – A+Co ASC

Vəzifə – Anbar və Logistika şöbəsinin Rəhbəri

Tələblər: 

-Təhsil: Ali (MBA, iqtisad, logistika, təchizat zəncirinin idarə olunması üzrə təhsil üstünlükdür)

-Distribyusiya sahəsində azı 3 il iş təcrübəsi 

-Planlaşdırma, təhlil və idarəetmə bacarığı

-Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti 

-Komandada işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik

-Dil bilikləri: Azərbaycan dili

-Kompüter bilikləri (əsasən MS OFFİCE) yaxşı səviyyədə olmalı

Vəzifə öhdəlikləri:

-Anbar və logistika işlərinin (malların qəbulu, saxlanılması, yüklənməsi, göndərilməsi, sayılması və s.) ümumi təşkili, idarə olunması

-Avtomatlaşdırılmış anbar və logistika proseslərinin idarə olunması

-Anbar ərazisindən maksimum effektiv şəkildə istifadə etmək

-Anbarda və daşınmada xərcləri, itkiləri minimumlaşdırmaq

-Anbar qalıqlarına nəzarət, “out of stock” və “over stock”-a nəzarət

-Satış proqnozlarına əsasən anbar ehtiyatlarının minimal saxlama səviyyəsi ilə planlanması

-Tələb və planlama şöbəsinin işinin təşkili və idarə olunması

-Sifarişlərin vaxtında və effektiv çatdırılmasının təşkili, yaranan problemləri (gecikmələr, sənədlərin düzgün idarə olunması, boş maşınların əraziyə buraxılmaması və s.) yerində həll edilməsi

-Ən optimal nəqliyyat yolunu (marşrutunu) təyin etmək, gələcəkdə nəqliyyatın idarə olunması sisteminin tətbiqini təşkil etmək

-Şirkətdəki logistika və anbar proseslərinin optimallaşdırılmasına yönəlmiş təklifləri irəli sürmək

-Nəqliyyat vasitələrinin effektiv və səmərəli şəkildə idarə olunması (alınması, saxlanılması, istismarı və s.)

-Satış və digər aidiyyəti strukturlarla sıx işləyərək sifarişlərin mütəmadi planlanması

-Bütün logistic büdcələrin illik hazırlanması və təqibi

-Anbar və çatdırılma bölmələri üzrə KPİ-ların tətbiq edilməsi və təqibi 

İş şəraiti: 

-İş yeri:  Xırdalan şəhəri 

-5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; 

-Nahar Şirkət tərəfindən təmin olunur ;

-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Anbar və Logistika şöbəsinin rəhbəri ” yazaraq e-mail adresinə [email protected] göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. 

Şirkət haqqında

2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]