“Kristal Abşeron” İT üzrə mütəxəssis axtarır
İşəgötürən: Kristal Abşeron
Vakansiya: İT üzrə mütəxəssis
Son tarix: 05 may 2022
Tələblər:
-Ali təhsil;
-Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
-İP şəbəkə, server əməliyyat sistemləri və elektron sistemlər üzrə biliklər;
-Lokal şəbəkələrin quraşdırılması bacarığı;
-Active Directory, DNS, DHCP, Group Policies, File Server, Exchange Server Microsoft Windows Server 2016R2-2019 (AD DS, DHCP, DNS, VmWare, Print Server, File Server, RDS);
-Microsoft Exchange 2013, sistem bilikləri;
-TCP/IP, NAT, VPN bilikləri;
-DVR və NVR-ın quraşdırılması.
Vəzifə öhdəlikləri:
-Noutbuk, masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması, yüklənməsini və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək;
-Yeni kompüterləri quraşdırır və korporativ domenə qoşur;
-İşçilərin təhvil-təslim prosesi zamanı İT avadanlıqları yoxlayır;
-Əsas və kənar şirkət ofislərinə yerində və uzaqdan İT dəstək göstərmək;
-Ofis xarici və daxili beynəlxalq rabitə çıxışı, internet çıxışının təmin olunması və nəzarət;
-Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqi;
-LAN/WAN qurğularının quraşdırılması və sazlanmasını təmin etmək.
İş şəraiti:
-6 günlük iş qrafiki;
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İT üzrə mütəxəssis” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 18 saat, 32 dəq
- 18 saat, 35 dəq
- 19 saat, 11 dəq
- 19 saat, 14 dəq
- 3 ay, 2 həftə, 3 gün, 9 saat, 49 dəq