“Embawood” hüquqşünas axtarır
İşəgötürən: Embawood
Vakansiya: Hüquqşünas
Son tarix: 05 may 2022
İş qrafiki: 5 günlük / saat 08:30 – 17:30
İşin təsviri:
-Dövlət nəzarət orqanlarında və məhkəmələrdə Şirkəti təmsil etmək;
-dövlət və kommersiya qurumlarına ünvanlanacaq məktub, ərizə və şikayətlərin hazırlanması və Şirkətə daxil olan məktub, ərizə və şikayətlərə cavabların hazırlanması və aidiyyəti üzrə göndərilməsinin təşkili;
-Müxtəlif hüquqi məsələlərə dair rəylərin hazırlanması, yazılı və şifahi məsləhətlətin verilməsi,
-Müxtəlif növ icazə sənədlərinin alınması üçün ərizə, arayış və digər sənədlərin hazırlanmasını təmin etmək;
-Müxtəliv növ müqavilələrin hazırlanması, müqavilələrin qanunvericiliyə və Şirkətin maraqlarına uyğunluğunun yoxlanılması, müqavilələrə zəruri olan əlavə və dəyişikliklərin edilməsi və kontraqentlərlə razılaşdırılması;
-Müqavilə işinin aprılmasını təhlil etmək, struktur bölmələrdə müqavilə işinin vəziyyətini yoxlamaq, ayrı-ayrı müqavilə növlərinin notariat qaydasında təsdiqlənməsini və (və ya) dövlət qeydiyyatına alınmasını təmin etmək;
-Kontraqentlərə və digər borclulara qarşı pretenziyaların və iddiaların hazırlanması və aidiyyəti üzrə göndərilməsini həyata keçirmək;
-Şirkətin struktur bölmələrini, ayrı-ayrı mütəxəssislərini onların fəaliyyətinə aid normativ-hüquqi aktlarda baş vermiş dəyişikliklərlə tanış etmək;
-Şirkətə aidiyyəti olan xarici hüquqi şəxslərin hüquqi işlərini koordinə etmək.
-Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
-Ali Hüquq təhsili olmalı;
-Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
-MS Office-də işləmə bacarığı;
-Rus və ingilis dillərini yüksək səviyyədə bilmək;
-Yaş həddi: 25-35 yaş
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Hüquqşünas ” qeyd edib göndərəsiniz.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 saat, 34 dəq
NetEnt онлайн‑казино: как казахстанские игроки могут выиграть в стиле
- 4 saat, 9 dəq
- 5 saat, 20 dəq
- 5 saat, 29 dəq
- 5 saat, 48 dəq