Şirkət monitorinq və nəzarət şöbəsinə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vakansiya: Monitorinq və Nəzarət şöbəsinə mütəxəssis

Son tarix: 30 aprel 2022

Biz nə təklif edirik:

-Gənc və peşəkar kollektivdə çalışmaq imkanı;

-Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

-Karyera inkişafı imkanları;

-Rəqabətədavamlı əmək haqqı.

Bizim üçün uyğun namizəd:

-Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);

-İnformasiya təhlükəsizliyi üzrə minimum 1 il iş təcrübəsi;

-WAF, Antivirus, Xdr və s. tipli proqram təminatları ilə iş təcrübəsi və bacarığının olması;

-Windows və Linux əməliyyat sistemləri haqqında dərin biliklərin olması;

-İT İnfrastruktur bilikləri (serverlər, şəbəkə avadanlıqları, şəbəkə ekranları və s. işləmə prinsipləri) olması;

-Peşəkar ünsiyyət və öyrətmə bacarığının olması;

-İşə məsuliyyətli yanaşma və operativlik bacarığının olması;

-İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifakatların mövcudluğu arzu olunandır (CompTIA Security+, OSCP və s.).

Görəcəyiniz işlər:

-İstifadəçi kompüterlərinin və serverlərin müdafiəsini təmin etmək (Xdr, Antivirus, OS Firewall, Endpoint Encryption və s.); 

-Web tətbiqlərin müdafiəsini təmin etmək (WAF, DDoS protection);

-Administrativ əməliyyatların nəzarətini aparmaq (PAM);

-Giriş icazələrinin nəzarətini aparmaq (Access management);

-Ehtiyat nüsxələrin saxlanması və bərpa edilib yoxlanılmasına nəzarət etmək (Backup and restore).

Əlavə məlumatlar:

-İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;

-İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

-Vakansiyaya son müraciət tarixi: 30.04.2022-ci il;

-Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;

-Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]