Şirkətə satış məsləhətçisi tələb (Promoter) olunur

Satıcı

promoter


İşəgötürən: Ferrum Capital

Vakansiya: Satış məsləhətçisi (Promoter)

Son tarix: 01 may 2022

Hansı özəlliklərə malik olmalıdır?

-Ali təhsil;

-18-29 yaş aralığı;

-Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);

-Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;

-Ünsiyyət və inandırma bacarığının olması;

-Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;

-Hədəf yönümlü olmaq;

-Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;

-Satış sahəsi üzrə karyera qurmağı planlamaq.

Satış məsləhətçisi (Promoter) nə iş görür?

-Ferrum Kapital QSC-nin Bakı şəhərində yerləşən satış nöqtələrinə yaxınlaşan müştərilərə faktorinq xidmətləri barədə məlumat verilməsi;

-Potensial müştərilərə faktorinq xidmətləri barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;

-Faktorinq məhsulları əldə etmək istəyən müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və yönləndirilməsi; 

-Müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;

-Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması.

Əlavə məlumat:

-5 günlük iş qrafiki: 09:30 – 18:30

-Əmək haqqı: 300 -500 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satış məsləhətçisi (Promoter)” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]