Şirkətlər qrupu işçi yığır

Mütəxəssis

muhasib 1


“Resant Group” şirkəti Mühasib köməkçisi, Qeydiyyatçı, İnsan resursları üzrə mütəxəssis, Kiçik hüquqşünas və Cost controller vəifələri üzrə vakansiyalar elan edib. İş yerləri Bakı şəhərindədir.

1.Mühasib köməkçisi
Vəzifə öhdəlikləri :

Mühasibatlıq, vergi uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatlar
Sənədlərlə işləmə bacarığı
Vergi orqanları ilə yazışmalar
E-qaimə fakturaları işləmə bacarığı
EHP-da işləmə bacarığı
Baş mühasibin verdiyi tapşırıqların iclası
Namizədə bağlı tələblər :

Təhsil-Ali (iqtisadiyyat, maliyyə, mühasibatlıq)
Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq
E-qaimə fakturalarının, VHF yazılması, vergi qanunvericiliyi ilə və e-gov.az , e-taxes.gov.az proqramı ilə işləmə bacarığı
MS Office və 1C proqramlarında sərbəst işləmək bacarığı
Aylıq hesabatlara ciddi riayət
Məsuliyyətli və aktiv olmaq, kollektivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmaq
Yalnız bəy namizədlər müraciət edə bilər
Qeyd olunan vəzifə üzrə minimum 2 il iş təcrübəsi
İş şərtləri:

İş vaxtı: həftədə 6 gün;
AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
Əmək haqqı: 500-600 AZN.
Maraqlanan namizədlər mövzu yerində “Baş mühasib köməkçisi” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

2.Qeydiyyatçı

Vəzifə öhdəlikləri:

Otel standartlarına uyğun olaraq qonaqların qarşılanması, onların otelə qəbul edilməsi,yerləşdirilməsi və oteldən yola salınması, həmçinin rezervasiyaların qəbul edilməsi, otaqların ayrılması, qeydiyyatın aparılması, lazımi məlumatların verilməsi
Növbə üzrə təhvil-təslim işlərini icra edir.
Növbə ərzində yarana biləcək problemlərin aradan qaldırılmasını təmin etmək.
Daxil olan zəngləri və emaillari cavablandırmaq, ehtiyac duyulduğu halda digər departamentlər ilə əlaqələndirmək.
Qeydiyyat şöbəsi üzrə kargüzarlıq işlərini icra etmək.
Qonaqların problemlərini həll etməkdə yaxından iştirak etmək.
Namizədə bağlı tələblər:

5 ulduzlu otel təcrübəsi mütləqdir;
MS Office, Elektra proqramlarını əla səviyyədə bilməli;
Azərbaycan, Rus və İnglis dillərini əla səviyyədə bilməli;
Məsuliyyətlik, gülərüzlülük, operativlilik, pozitivlik və ünsiyyətcil olmaq;
Xanım namizədlərə üstünlük verilir.
İş şərtləri:

İş vaxtı: həftədə 6 gün, növbəli;
Nahar şirkət tərəfindən verilir;
Maraqlanan namizədlər mövzu yerində “Qeydiyyatçı ” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

3.İnsan resursları üzrə mütəxəssis

Vəzifə öhdəlikləri

İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);
Müsahibələrin keçirilməsi (telefon, panel, qrup və case intervyular);
Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək.
Namizədə bağlı tələblər

AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
Azərbaycan və Rus əla səviyyədə bilməli;
MS Office proqramlarını, xüsusilə 1C proqramını əla səviyyədə bilməli;
İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
İş şəraiti:

İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək;
Maraqlanan namizədlər mövzu yerində “ İnsan resursları üzrə mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

4. Kiçik hüquqşünas

Vəzifə öhdəlikləri:
Təşkilatdaxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində və Hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında Hüquqşünaslara köməklik göstərmək;
Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək;
Zərurət oldğuqda Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra etmək.
Tələblər:
Təhsil: Hüquq üzrə bakalavr dərəcəsi;
Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus və inglis dilləri arzu olunandır;
MS Office proqramlarını yaxşı bilmək;
Analitik düşünmə və problemləri həll etmə bacarığı;
Hüquqi nitq və yazışma qabiliyyəti;
Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
Təminatlar:
İş qrafiki: 5 günlük, saat 09:00-dan 18:00-dək;
Əmək haqqı: müsahibə zamanı təyin olacaqdır;
Ünvan: Nərimanov rayonu, Albert Aqarunov heykəlinin yanı.
Maraqlanan namizədlər mövzu yerində “Kiçik hüquqşünas” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

5. Cost controller

Vəzifə öhdəlikləri:
Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
Mövcud olan bütün anbarların qalıqlarının şıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Namizədə bağlı tələblər:
Təhsil-Ali;
Restoran və ya otel sahəsində ən azı 3 il iş təcrübəsi;
Microsoft Office, Elektra proqramlarını əla səviyyədə bilməli;
Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.
İş Şərtləri:
İş vaxtı: həftədə 6 gün;
AR Əmək Məcəlləsinə əsasəən sənədləşdirmə
Maraqlanan namizədlər mövzu yerində “Cost Controller’’ yazmaqla öz CV-lərini [email protected] göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]