Şirkət satınalma üzrə mütəxəssis axtarır

İşəgötürən: Kontakt Home
Vakansiya: Satınalma üzrə mütəxəssis
Son tarix: 30 aprel 2022
Vəzifə öhdəlikləri:
-Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
-Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
-Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
-Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
-Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
-Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
-Hesabatların hazırlanması və analiz olunması.
Tələblər:
-Ali təhsil;
-Səlis Azərbaycan, Rus və İngilis dilləri biliyi;
-Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
-Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
-Satınalma üzrə vacib olan hüquqi biliklər;
-Xarici bazar biliyi;
-Komanda ilə işləmək bacarığı;
-Məsuliyyətlilik, dürüstlük və ünsiyyət qurma bacarığı.
İş şəraiti:
-İş günləri: I-V günlər;
-İş saatı: 09:00-18:00;
-Rəqabət qabiliyyətli əmək haqqı.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 gün, 11 saat, 34 dəq
İri Holdinq “İnsan resursları üzrə mütəxəssis” axtarır (Cəbrayıl)
-
1 gün, 11 saat, 48 dəq
Daşınmaz əmlakların araşdırılması üzrə kiçik mütəxəssis axtarılır
- 2 gün, 10 saat, 32 dəq
-
2 gün, 12 saat, 10 dəq
Kapital Bank kredit risklərinin modelləşdirməsi şöbəsinə mütəxəssis, aparıcı, baş mütəxəssis axtarır
- 2 gün, 12 saat, 11 dəq