Şirkət debitor borc üzrə mütəxəssis axtarır
İşəgötürən: One Smart Star Azerbaijan
Vakansiya: Debitor borc üzrə mütəxəssis
Son tarix: 30 aprel 2022
İş qrafiki: I-V günlər, 09:00-18:30
Yaş: 23 – 35 yaş
Təhsil: Ali
Əmək haqqı – müsahibənin nəticəsi əsasında razılaşma yolu ilə müəyyənləşdirilir
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Vəzifə öhdəlikləri:
-Debitor borcların izlənməsi və təhlili;
-Şübhəli Debitor borclarının müəyyən edilməsi;
-Avans sahiblərinin balanslarına nəzarət etmək;
-Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
-Müştərilər ilə üzləşmə aktlarını/hesabatlarını hazırlamaq;
-Həftədə bir dəfə problemli borclara dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
-Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
-Debitorların izlənilməsi və ödənişləri təmin etmək, hesabların yazılması, gündəlik E-qaimə tərtib edilib göndərilməsinə dəstək vermək;
-Daxili CRM sistemi ilə işləmək və korporativ müştərilərin borc məlumatlarının bazaya əlavə olunması;
-Korporativ e-mail və yazışmaların həyata keçirilməsi;
Tələb olunan keyfiyyətlər:
-Azərbaycan, rus dilində mükəmməl, səlis yazılı və şifahi bilmək, ingilis dili (arzuolunan);
-Maliyyə, bank və ya mühasibatlıq sahəsində azı 1 illlik təcrübə (arzuolunan);
-Maliyyə və kredit, Bank işi, İqtisadiyyat, mühasibat uçotu və ya oxşar sahə üzrə ali təhsil (arzuolunan);
-MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək;
-Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan)
-İnternet axtarış sistemlərindən sərbəst istifadə;
-Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
-Peşəkar xoş xarici görünüş, koorporativ etikanı bilməli;
-Yalnız Xanım namizəd tələb olunur;
Bacarıqlar:
-Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;
-Analitik yanaşma və təhlil;
-Problem həll etmə bacarıqları;
-Vaxt idarəetmə bacarıqları;
-Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
-Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı;
Göstərilən tələblərə cavab verən yalnız xanım namizədlər Mövzu hissəsində “Debitor borc üzrə mütəxəssis” yazaraq öz CV-lərini (foto ilə) [email protected] e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
-
1 gün, 6 saat, 54 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 7 saat, 28 dəq
- 2 gün, 1 saat, 34 dəq
- 2 gün, 20 saat, 48 dəq
- 3 gün, 12 saat, 33 dəq