Şirkət avans hesabatı üzrə mühasib axtarır
Işəgötürən: Superfon
Vakansiya: Avans Hesabatı Üzrə Mühasib
Son tarix: 01 may 2022
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 2 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyə)
Vəzifə öhdəlikləri:
-Təhtəlhesab şəxslər tərəfindən alınan avansların təyinatından asılı olaraq müəyyən olunmuş iş günləri müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim edilməsinə və xərclənməyən pul qalığının kassaya qaytarılmasına nəzarət;
-Ezamiyyə məqsədləri üçün verilən avans məbləğləri üzrə avans hesabatları təhtəlhesab şəxs ezamiyyətdən qayıtdıqdan sonra onun tərəfindən 3 iş günü müddətində mühasibatlığa təhvil verilməsinə nəzarət;
-Təhtəlhesab şəxsdən avans hesabatına aid xərcləri təsdiq edən bütün sənədlərin (NKA çekləri, qaimə-fakturalar, biletlər, qəbzlər və s.). təhvil alınması;
-Avans hesabatına əlavə edilmiş sənədlərin, avansın təyinatı üzrə xərclənməsinin və avans hesabatının özünün düzgünlüyünün yoxlanması, imza edilməsi və təsdiq edilməsi üçün baş mühasibə təqdim etmək;
-Müvafiq əməliyyatları 1C proqramına daxil etmək;
Tələblər:
-Ali təhsil (Mühasibat və ya maliyyə ixtisası üzrə);
-1C 8.3 və LOGO TİGER 3 proqramında sərbəst işləməyi bacarmaq;
-Analitik təhlil etmə qabiliyyəti;
-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq.
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-Korporativ mobil nömrə.
Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Avans Hesabatı Üzrə Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 30.04.2022
Vakansiyalar
-
1 gün, 7 saat, 22 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 7 saat, 56 dəq
- 2 gün, 2 saat, 2 dəq
- 2 gün, 21 saat, 16 dəq
- 3 gün, 13 saat, 1 dəq