Şirkətə sürücü ekspeditor tələb olunur
İşəgötürən: Tekaz MMC
Vakansiya: Sürücü-ekspeditor
Son tarix: 30 aprel 2022
Namizəddən tələblər:
-AR Əmək Məcəlləci uyğun sənədləşmə
-İş Saatı: 09:00-dan 17:00-a qədər.
-Həftədə 1 dəfə istirahət
-Təhsil: minimum tam orta təhsil
-Yaş həddi: 25-45 yaş
-Yalnız kişi namizədlər
-BC sürücülük vəsiqəsi
-İş təcrübəsi: 1-3 il
-Rus dili bilənlərə üstünlük verilir
-Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
-Əmək haqqı 600+bonus
İş barədə məlumat:
-Satışa buraxılan məhsulu Cəmiyyətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə vaxtlı-vaxtında çatdırmaq.
-Müəyyən olunmuş qaydada tərtib edilən həcmdə məhsul satışını həyata keçirtmək;
-Kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında məhsulun çatdırılmasını təmin etmək;
-Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatlar dəqiq və ətraflı hazırlayıb aidiyyatı şəxsə təqdim etmək;
-Lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirmək.
-Şirkətin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək.
-İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək.
-İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək.
Uyğun namizədlər CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 gün, 15 saat, 52 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 14 saat, 44 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 15 saat, 18 dəq
- 5 gün, 9 saat, 24 dəq
- 6 gün, 4 saat, 38 dəq