Şirkətə logistika üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Contact Logistics
Vakansiya: Logistika üzrə mütəxəssis
Son tarix: 30 aprel: 2022
İş barədə məlumat:
-Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
-Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
-Nəqliyyatın planlaşdırılması və sifarişi
-İdxal və İxrac əməliyyatlarına nəzarət
-Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
-Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
-İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
-Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
-Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
-Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
-Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
-İş qrafiki: 09:00-17.30
-Nahar: 13:00-14:00
-İş günləri: Bazar ertəsi – Cümə
Namizədə tələblər:
-Təhsil dərəcəsi: Bakalavr
-Logistika istiqaməti üzrə təhsil və təcrübə
-Təcrübə: Sahə üzrə ən az 3 il
-Məsuliyyətlilik
-Ünsiyyət qurmaq bacarığı
-Etibarlılıq
-Detallara fikir vermək qabiliyyəti
-Azərbaycan,Rus və İngilis dillərini əla səviyyədə bilmək
-Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 gün, 12 saat, 46 dəq
İri Holdinq “İnsan resursları üzrə mütəxəssis” axtarır (Cəbrayıl)
-
1 gün, 13 saat
Daşınmaz əmlakların araşdırılması üzrə kiçik mütəxəssis axtarılır
- 2 gün, 11 saat, 44 dəq
-
2 gün, 13 saat, 22 dəq
Kapital Bank kredit risklərinin modelləşdirməsi şöbəsinə mütəxəssis, aparıcı, baş mütəxəssis axtarır
- 2 gün, 13 saat, 23 dəq