Şirkətə satış məsləhətçisi tələb olunur

Satıcı


İşəgötürən: AzəriMed QSC

Vakansiya: Satış məsləhətçisi

Son tarix: 18 aprel 2022

Tələblər:

-Yaş: 18-35;

-Təhsil: Ali və ya orta ixtisas tibb təhsili mütləqdir (tibbi və biomühəndis ixtisasları üzrə məzunlara üstünlük verilir);

-Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;

-Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq bacarığı mütləqdir, Türk və ingilis dili biliyi üstünlükdür;

-Şəxsi avtomobilin olması üstünlükdür;

-İşində dəqiq və məsuliyyətli olmaq;

-Kommunikasiya və komanda içində işləmə bacarığı:

Vəzifə öhdəlikləri:

-Tibbi ləvazimat, tibbi avadanlıq və tibbi sərf mallarının tanıtımının və satışının həyata keçirilməsi;

-Şirkətin qoyduğu satış hədəflərinin yerinə yetirilməsi;

-İxtisas həkimlərin müəyyənləşdirilib cəlb edilməsi, həkim bazasının formalaşdırılması, həkimlərlə və klinikanın təchizat əməkdaşları ilə  əlaqələrin qurulması;

-İşgüzar və korporativ danışıqların aparılması;

-Görülmüş işlər barədə gündəlik müvafiq hesabatların hazırlanması;

-Xəstəxanada ediləcək əməliyatlarda iştrak etməsi;

-Ölkədə və xaricdə müntəzam olaraq treninglərdə iştrak etmək və məlumatları mənimsəyərək öz bilik və bacarıq səviyyəsini artırmaq.

İş şəraiti:

-İş qrafiki: I-V günlər – 09:00-18:00

-Əmək haqqı: 400-1000 AZN + bonus sistemi mövcuddur. Namizədin bilik və bacarığına əsasən fərdi yanaşma mümkündür

-Transport və ammortizasiya xərcləri (şəxsi avtomobil olduqda) şirkət tərəfindən qarşılanır

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Satış məsləhətçisi” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]