Şirkət qəza komissarları şöbəsinin mütəxəssisi axtarır

Mütəxəssis


İşəgötürən: Ateshgah Sigorta

Vakansiya: Qəza komissarları şöbəsinin mütəxəssisi (Əhmədli,Günəşli)

Son tarix: 29 aprel 2022

Namizədə tələblər:

-Yaş: 23-40 

-Təhsil: Ali

-İş təcrübəsi: Müştəri xidməti sahəsində təcrübəsi olanlara üstünlük verilir. 

-İnzibati xətalar məcəlləsini və Yol hərəkəti haqqında qanunu bilmək vacibdir.

-Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)

-B kateqoriyalı sürücülük vəsiqəsi və sürücülük təcrübəsi olmağı mütləqdir.

-Avtomobilin texniki hissələri haqda anlayışın olması

-Yaşayış yerinin Əhmədli, Günəşli və ora yaxın ərazilərdə olması vacibdir

Əsas vəzifə öhdəlikləri:

-Hadisə barədə məlumat əldə edən kimi dərhal hadisə yerinə getmək.

-Hadisə yerində araşdırma aparmaq, foto və video çəkilişlər etmək, hal şahidlərindən izahatlar almaq.

-Hadisə yerinə qəza xidmətlərini çağırmaq (DYP,FHN,Təcili tibbi yardım və s.)

-Hadisə yerində zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirtmək,ilkin sənədləri toplamaq,hadisə barədə raport hazırlamaq.

-Zədələnmiş nəqliyyat vasitəsinin evakuasiyasını təşkil etmək.

-Lazım olduğu halda müştəri ilə DYPŞ-nə gedib ona izahat yazmaqda köməklik  göstərmək.

-Sığorta dələduzluğu faktlarını aşkarlamaq və qarşısını almaq.

-İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək.

-Gördüyü iş barəsində birbaşa rəhbərinə hesabat vermək.

-Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirirmək.

Şəxsi keyfiyyətlər:

-Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı

-Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı

-Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı

-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi

-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

-Təhlil və araşdırma qabiliyyətinə malik olmaq

-Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq

İş şərtləri:

-Əmək müqaviləsi bağlanılır

-İş vaxtı : Cədvələ uyğun iş qrafiki

-Sabit əmək haqqı sınaq müddətində 555 AZN (gross məbləğ)

-Sınaq müddətindən sonra 669 AZN (gross məbləğ)

-Şəxsi avtomobilin olması zəruridir.

-Avtomobilinamortizasiya xərcləri təmin olunur

-Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən bonus sistemi

-Şirkət tərəfindən korporativ mobil nömrə və danışıq vaxtı verilir

Məlumatlandırıcı qeydlər:

-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun

-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. 

-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin

-CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu -keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun

-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Qəza komissarları şöbəsinin mütəxəssisi (Əhmədli,Günəşli) ” qeyd etmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]