Şirkət debitor borc üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: One Smart Star Azerbaijan

Vakansiya: Debitor borc üzrə mütəxəssis

Son tarix: 30 aprel 2022

İş qrafiki: I-V günlər, 09:00-18:30

Yaş: 23 – 35 yaş

Təhsil: Ali

Əmək haqqı – müsahibənin nəticəsi əsasında razılaşma yolu ilə müəyyənləşdirilir 

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Vəzifə öhdəlikləri:

-Debitor borcların izlənməsi və təhlili;

-Şübhəli Debitor borclarının müəyyən edilməsi;

-Avans sahiblərinin balanslarına nəzarət etmək;

-Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;

-Müştərilər ilə üzləşmə aktlarını/hesabatlarını hazırlamaq;

-Həftədə bir dəfə problemli borclara dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;

-Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

-Debitorların izlənilməsi və ödənişləri təmin etmək, hesabların yazılması, gündəlik E-qaimə tərtib edilib göndərilməsinə dəstək vermək;

-Daxili CRM sistemi ilə işləmək və korporativ müştərilərin borc məlumatlarının bazaya əlavə olunması;

-Korporativ e-mail və yazışmaların həyata keçirilməsi;

Tələb olunan keyfiyyətlər:

-Azərbaycan, rus dilində mükəmməl, səlis yazılı və şifahi bilmək, ingilis dili (arzuolunan);

-Maliyyə, bank və ya mühasibatlıq sahəsində azı 1 illlik təcrübə (arzuolunan);

-Maliyyə və kredit, Bank işi, İqtisadiyyat, mühasibat uçotu və ya oxşar sahə üzrə ali təhsil (arzuolunan);

-MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək;

-Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan)

-İnternet axtarış sistemlərindən sərbəst istifadə;

-Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;

-Peşəkar xoş xarici görünüş, koorporativ etikanı bilməli;

-Yalnız Xanım namizəd tələb olunur;

Bacarıqlar:

-Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;

-Analitik yanaşma və təhlil;

-Problem həll etmə bacarıqları;

-Vaxt idarəetmə bacarıqları;

-Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;

-Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı;

Göstərilən tələblərə cavab verən yalnız xanım namizədlər Mövzu hissəsində “Debitor borc üzrə mütəxəssis” yazaraq öz CV-lərini (foto ilə) [email protected] e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]