Şirkət baş mühasib axtarır

Mühasib


İşəgötürən: Rifah Group

Vakansiya: Baş mühasib

Son tarix: 30 aprel 2022

Vəzifə öhdəlikləri:

-Vergi orqanları ilə yazışmalar

-Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi

-E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.

-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi

-Gündəlik və aylıq maliyyə hesabatların tərtib edilməsi

-Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması

-E-portal proqramı ilə işləmək bacarığının olması.

-Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək

-Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi

-DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi

-Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi

-BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək

-Beynəlxalq mühasibatlıq standartlarına uyğun butun növ hesabatların hazırlanması.

Namizədə tələblər:

-Müvafiq vəzifə üzrə 3-5 ildən az olmayan iş təcrübəsi

-Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;

-MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı

-Vergi Məcəlləsini bilməli,Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli

-Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli

-İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış

-Komandada işləmək bacarığı

Əmək haqqı: Razalaşma yolu ilə

İş yeri: Bakı şəhəri

İş qrafiki: 6 günlük

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Baş mühasib” qeyd edərək CV-lərini [email protected] elektron poçt ünvanına göndərsinlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]