Şirkətə sürücü ekspeditor tələb olunur

Sürücü


İşəgötürən: Tekaz MMC

Vakansiya: Sürücü-ekspeditor

Son tarix: 30 aprel 2022

Namizəddən tələblər: 

-AR Əmək Məcəlləci uyğun sənədləşmə

-İş Saatı: 09:00-dan 17:00-a qədər.   

-Həftədə 1 dəfə istirahət

-Təhsil: minimum tam orta təhsil 

-Yaş həddi: 25-45 yaş 

-Yalnız kişi namizədlər

-BC sürücülük vəsiqəsi

-İş təcrübəsi: 1-3 il

-Rus dili bilənlərə üstünlük verilir

-Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar

-Əmək haqqı 600+bonus

İş barədə məlumat:

-Satışa buraxılan  məhsulu Cəmiyyətin normativ sənədləri ilə  müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə vaxtlı-vaxtında çatdırmaq.

-Müəyyən olunmuş qaydada tərtib edilən həcmdə məhsul satışını həyata keçirtmək;

-Kateqoriyalara bölünmüş məntəqələr üzrə  getmə tezlikləri əsasında  məhsulun çatdırılmasını təmin etmək;

-Satışa aparılan  məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatlar  dəqiq və ətraflı hazırlayıb aidiyyatı şəxsə təqdim etmək;

-Lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirmək.

-Şirkətin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək.

-İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək.

-İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin  verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək.

Uyğun namizədlər CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]