Şirkətə qida sahəsi üzrə baş mexanik tələb olunur

Mütəxəssis

qida


İşəgötürən: Camal LTD

Vakansiya: Qida sahəsi üzrə baş mexanik

Son tarix: 28 aprel 2022

Vəzifə öhdəlikləri:

-Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiyası və iş yerlərinin rasionallaşdırılması, ağır və həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;

-Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən quraşdırılmasında iştirak etmək;

-Problemləri vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə vaxtaşırı əməkdaşlıq etmək;

-Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrasını təmin etmək;

-İstehsalatın texniki hazırlığını təmin etmək;

-Bütün növ avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirmək;

-Planlaşdırılmış profilaktik, cari və dövrü təmir üçün zəruri olan materialların, ehtiyyat hissələrinin, alətlərin ilkin ehtiyacını müəyyənləşdirmək;

-Hər növ avadanlıqların, habelə istifadə edilmiş ehtiyat hissələrinin və köhnəlmiş avadanlıqların uçotunu təşkil etmək, onların silinməsi sənədlərini hazırlamaq;

-Vaxtından əvvəl aşınmanın qarşısını almaq məqsədilə avadanlıqların, onun detallarının işləmə prinsiplərini öyrənmək, aşınmanın müddətini və səbəblərini analiz etmək;

-Çalışdığı iş zonasını təmiz saxlanmaq və təhlükəsizlik texnikası üzrə  təlimat qaydalarına riayət etmək;

-Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması:

Tələblər:

-Sahə üzrə Ali təhsil 

-Qida sektorunda 5 ildən artıq iş təcrübəsi;

-Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi

-MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;

-Azərbaycan dilində, İngilis və Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı

-Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı 

-Təzyiq altında işləmə bacarığı;

-Problemlərə çevik yanaşma

-Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;

Əlavə məlumat:

-Əmək haqqı; razılaşma yolu ilə

-AR qanunvericiliyinə əsasən sənədləşmə;

-Nahar şirkət tərəfindən təmin olunur;

-İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:

Maraqlanan namizədlərdən mövzu sətrində “Qida sahəsi üzrə baş mexanik” qeyd etməklə CV-ni [email protected] mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]