Şirkətə qeydiyyatçı tələb olunur

Katibə

qeydiyyatci 1


İşəgötürən: Collezione Italia

Vakansiya: Qeydiyyatçı (Hostess)

Son tarix: 20 aprel 2022

Namizədə dair əsas tələblər:

-Yaş: 22-dən yuxarı;

-Təhsil: Ali

-Cinsi: Qadın; 

-Boy: 170

-Xoş xarici görkəm;

-Azərbaycan dili (sərbəst), rus dili (sərbəst) və ingilis dili (orta) səviyyədə bilmək 

-Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.

Əsas vəzifə və öhdəliklər:

-Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, eləcə də telefonla danışıqları sifariş vermək;

-Şirkətə daxil olan müştəriləri və qonaqları qarşılamaq;

-Gələnlərin qeydiyyatını aparmaq;

-Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq 

-Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;

-Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə  həmin informasiyanın çatdırılması;

-Showroom üzrə gündəlik müştəri fiksasiyası hesabatını hazırlayıb struktur üzrə aidiyyatı bölməyə təqdim etmək

-Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;

-Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları tərtib edərək hazırlamaq;

-Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;

İş şəraiti:

-AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.

-Saat 09:00 – 18:00

-Saat 11:00 – 20:00 

-Karyera yüksəlişi imkanları.

-Əmək haqqı: 500-600

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini [email protected] e-mailin mövzu hissəsində “Qeydiyyatçı (Hostes)”, sözlərini qeyd edərək göndərsinlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]