Sinteks Group of Companies yük gömrük bəyənnaməçisi axtarır
İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Yük Gömrük Bəyənnaməçisi
Son tarix: 08 oktyabr 2022
Sinteks Şirkətlər qrupuna hal hazırda Yük Gömrük Bəyənnaməçisi tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu idxal və ixrac edilmiş Malları Gömrük sistemində bəyan etməkdir.
Vəzifə öhdəlikləri:
-Tarif kodlaşdırma sisteminə əsasən malları təsnifatlandırır
-Zəruri sənədləri gömrük sisteminə daxil edir
-Gömrük bəyannaməsini hazırlayır
-Dövlət rüsumlarını ödəyir
-Gömrük qaydalarında ən son düzəlişləri və ya yenilikləri yoxlayır
Əsas tələblər:
Təhsil:
-Ali təhsil diplomu (Gömrük və Logistika ixtisasları üzrə təhsil üstünlük hesab olunur)
-Gömrük rəsmiləşdirməsi və bəyannamələri üzrə müvafiq sertifikatlar
Təcrübə:
-Gömrük rəsmiləşdirməsi sahəsi üzrə ən az 1 il təcrübə (bəyannaməçi kimi təcrübə üstünlük hesab olunur)
Professional Biliklər:
-Incoterms standartları
-Bəyannamə qaydaları
-İngilis dili biliyi orta səviyyədə
-MS Office Programları
Professional Bacarıqlar və Kompetensiyalar:
-Detal və nəticə yönümlü
-Zaman idarəetməsi
-Analitik bacarıqlar
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Yük Gömrük Bəyənnaməçisi” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 7 ay, 3 həftə, 1 gün, 10 saat, 44 dəq
- 7 ay, 3 həftə, 1 gün, 10 saat, 46 dəq
- 7 ay, 3 həftə, 1 gün, 10 saat, 47 dəq
- 7 ay, 3 həftə, 1 gün, 10 saat, 49 dəq
- 7 ay, 3 həftə, 1 gün, 10 saat, 50 dəq