Sinteks Group of Companies layihələrin idarəedilməsi üzrə mütəxəssis axtarır

Mütəxəssis

sinteks


İşəgötürən: Sinteks Group of Companies

Vakansiya: Layihələrin İdarəedilməsi üzrə Mütəxəssis

Son tarix: 30 oktyabr 2022

Sinteks Şirkətlər qrupuna hal hazırda Layihələrin İdarəedilməsi üzrə Mütəxəssis tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.

Vəzifənin rolu:

Bu vəzifənin rolu əlaqələrin qurulmasından işin başa çatmasına qədər, o cümlədən layihənin planlaşdırılması, koordinasiyası və yerinə yetirilməsi, tenderin təşkili, müqavilə üzrə danışıqlar, şərtlərin müzakirəsi, təchizatçılara nəzarət və s. layihələrin yerinə yetirilməsindən ibarətdir. 

Vəzifə öhdəlikləri:

-Bütün mümkün vasitələrdən istifadə etməklə biznes ünsiyyəti həyata keçirir

-Tenderlərin, biznes görüşlərin, danışıqların aparır

-Layihə təchizatçıları və töhfə verənləri əlaqələndirir və onlara kömək edir

-Müqavilə imzalanana qədər hüquqşünaslarla layihə çərçivəsində müqavilə danışıqlarını aparır

-Layihələrə nəzarət edir və layihə tələblərinə və vaxt cədvəlinə uyğunlaşmaq üçün dəyişən layihə iştirakçıları arasında koordinasiyaya kömək edir

Əsas tələblər: 

Təhsil:

-Biznes/İqtisadiyyat fənləri üzrə bakalavr dərəcəsi və ya satınalma/təchizat zənciri/layihənin idarə edilməsi üzrə ali təhsil və sertifikatlaşdırma

Təcrübə: 

-Satınalma / təchizat zənciri/ layihənin idarə olunması sahəsində minimum 1 il təcrübə 

Professional biliklər:

-Satınalma/Təchizat Zənciri

-Layihənin idarə olunması

-Səlis İngilis dili  

-MS Office proqramları  

Professional bacarıq və kompetensiyalar:

-Biznes ünsiyyət

-Danışıqlar aparmaq bacarığı

-Zamanın idarə olunması

-Tədqiqat bacarıqları

-Analitik bacarıqlar

-Nəticə yönümlülük

-Proaktiv düşüncə

-Problemin həlli

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihələrin İdarəedilməsi üzrə Mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 


©️ 2022

070 231 45 70

[email protected]