Sinteks Group of Companies insan resursları üzrə mütəxəssis axtarır
İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: İnsan Resursları üzrə Mütəxəssis
Son tarix: 05 oktyabr 2022
Sinteks Şirkətlər qrupuna hal hazırda İnsan Resursları üzrə Mütəxəssis tələb olunur.
Vəzifənin rolu:
İnsan Resursları üzrə Mütəxəssisin rolu departamentin fəaliyyətinin administrativ bölməsinə dair sənəd prosesini təşkil etmək, işə qəbul, işdən çıxış və vəzifə dəyişikliyi ilə bağlı məlumatları müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat bazasına daxil etməkdir.
Vəzifə öhdəlikləri:
-İşçilərin şəxsi qovluğu üçün sənədləri hazırlayır
-Elektron Hökumət portalına və İR ERP sisteminə tələb olunan məlumatları daxil edir və yeniləyir
-İşə qəbul, işdən çıxış və vəzifə dəyişikliklərinə dair sənədləri hazırlayır
-İntizam tənbehinin tətbiqinə dair sənədləşmə aparır
-Bank kartları və əmək kitabçalarını sifariş edir
-İllik məzuniyyət planını hazırlayır
-Məzuniyyətləri rəsmiləşdirir və “əmək qabliyyətinin olmaması” vərəqələrini toplayır və ERP sistemə daxil edir
-Analıq məzuniyyəti və sosial ödənişlər üçün lazımi sənədləri hazırlayır və ERP sistemə daxil edir
-Əmək haqqı prosesi ilə bağlı məlumatları ERP sistemə daxil edir
-İcbari Tibbi Sığorta ilə bağlı lazımi məlumatları İSB portalına daxil edir
Əsas tələblər:
Təhsil:
-Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarəedilməsi və ya müvafiq sahə üzrə Ali təhsil
-İR Administrasiyası üzrə sertifikat
Təcrübə:
-İR Administrasiyası üzrə ən az 2 il iş təcrübəsi
Professional biliklər:
-İR Administrasiyası
-Əmək qanunvericiliyi
-MS Office və ERP Programları
Professional bacarıqlar və kompetensiyalar:
-Ünsiyyət bacarıqları
-Zamanın idarəolunması
-Problem həll etmə
-Məsuliyyət
-Detallara diqqət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 ay, 2 həftə, 11 saat, 14 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 12 saat, 9 dəq
- 7 ay, 2 həftə, 3 gün, 14 saat, 2 dəq
- 10 ay, 3 həftə, 1 gün, 8 saat, 47 dəq
-
11 ay, 3 gün, 4 saat, 18 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır