Sinteks Group of Companies ezamiyyə koordinatoru axtarır

Koordinator


İşəgötürən: Sinteks Group of Companies

Vakansiya: Ezamiyyə Koordinatoru

Son tarix: 28 iyul 2022

Sinteks Şirkətlər qrupuna hal hazırda Ezamiyyə Koordinatoru tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.

Vəzifənin rolu:

Bu vəzifənin rolu partnyor şirkətlərin cədvəlinə uyğun olaraq işgüzar səfərləri təşkil etməkdir. 

Vəzifə öhdəlikləri:

-Vizaların alınmasında şirkət nümayəndələrinə dəstək olur

-Ezamiyyətə gedən işçilərin aviabiletlərini rezervasiya edir

-Otellərin rezervasiyasını və ödənişini edir

-Ezamiyyətə gedən işçilərin öncədən səfər marşrutunu ayarlayır və maliyyə şöbəsinə səfər üzrə məlumatları təqdim edir 

-Ezamiyyət xərcləri üzrə bazar araşdırmasını aparır

-Xaricdən gələn qonaqlarının səfərlərinə təşkilati dəstək göstərir

Əsas tələblər: 

Təhsil:

-Ali təhsil

-Amadeus sertifikatı (əsas kurs)

Təcrübə: 

-Turizm sahəsində ən az 2 il təcrübə

Professional biliklər:

-Rezervasiya sistemləri

-Viza, sığorta hazırlıqları

-İngilis dili yaxşı səviyyədə

-MS Office Proqramları  

Professional bacarıq və kompetensiyalar:

-Təşkilatçılıq 

-Danışıqların aparılması

-Zamanın idarəolunması

-Detallara diqqət

-Problem həll etmə 

-Stressin idarəolunması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ezamiyyə Koordinatoru” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]