Sinteks Group of Companies daşınmaz əmlak üzrə mütəxəssis axtarır
İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Daşınmaz Əmlak üzrə Mütəxəssis
Son tarix: 30 oktyabr 2022
Sinteks Şirkətlər qrupuna hal hazırda Daşınmaz Əmlak üzrə Mütəxəssis tələb olunur.
Vəzifənin rolu:
Daşınmaz Əmlak üzrə Mütəxəssisin rolu şirkətin kommersiya mülkiyyətinə olan ehtiyaclarını ödəmək və şirkətlərin kommersiya mülkiyyətçiləri ilə münasibətlərini idarə etməkdir.
Vəzifə öhdəlikləri:
-Kommersiya obyektlərinin axtarışı üçün effektiv strategiyalar qurur
-Birbaşa icarə danışıqları aparır, şirkət siyasəti və məqsədləri əsasında icarə müqaviləsi imzalayır
-İcarə müqavilələrinin idarə edilməsi və dəstəklənməsi (uzadılma, şərtlərin dəyişdirilməsi, xitam, mübahisələr və s.)
-Yuxarı rəhbərlik tərəfindən təsdiqlənmiş icarə ehtiyaclarının təmini üçün biznes rəhbərləri ilə əmlak axtarışını əlaqələndirir
-Kirayə qiymətləri, yeni imkanlar və inkişaf kimi əsas məsələlərdə kommersiya daşınmaz əmlak bazarını müşahidə edir
Əsas tələblər:
Təhsil:
-İqtisadiyyat və ya Bizneslə əlaqəli sahə üzrə Ali təhsil
Təcrübə:
-Kommersiya daşınmaz əmlak sektorunda ən azı 3 il iş təcrübəsi
-Müqavilələrlə iş təcrübəsi
Professional biliklər:
-Yüksək səviyyədə İngilis dili
-MS Office proqramları
-İcarə sənədləri ilə bağlı anlayış
Professional bacarıqlar və kompetensiyalar:
-Güclü ünsiyyət bacarıqları
-Güclü danışıqlar aparmaq bacarığı
-Problemin həlli
-Detallara diqqət
-Zamanın idarəolunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Daşınmaz Əmlak üzrə Mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 16 saat, 21 dəq
- 16 saat, 24 dəq
- 17 saat
- 17 saat, 3 dəq
- 3 ay, 2 həftə, 3 gün, 7 saat, 38 dəq