Sığorta şirkətində “Zərərlərin tənzimlənməsi şöbəsinin mütəxəssisi” vakansiyası

Mütəxəssis


İşəgötürən: AzRe Reinsurance Company
Vakansiya: Zərərlərin tənzimlənməsi şöbəsinin mütəxəssisi
Son tarix 01 mart 2023
Namizədə tələblər:
-Təhsil: Ali
-Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla) və Rus (orta) dillərində sərbəst yazı və şifahi danışıq bacarığı;
-Kompüter bilikləri: Microsoft Office (Word, Excel proqramları) üzrə yaxşı biliyə malik olmaq.
Şəxsi keyfiyyətlər:
-Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
-Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
-Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
-Təmkinli, stressə davamlı, biznes etikaya riayət etmək bacarığı;
-Konfidensiallığa riayət etmə bacarığı;
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
-Şirkətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək;
-Zərərlərin tənzimlənməsi ilə bağlı işləri həyata keçirmək;
-İşgüzar əməkdaşlıq məsələləri üzrə yerli sığortaçılar, xarici təkrarsığortaçılar və brokerlərlə ünsiyyət qurmaq;
-Rəhbərliyin verdiyi digər tapşırıqları həyata keçirmək;
İş şərtləri:
-Əmək müqaviləsi bağlanılır;
-Sınaq müddəti: 3 ay
-Könüllü tibbi sığorta;
-İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
-Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək.
Məlumatlandırıcı qeydlər:
Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (“Claim Mütəxəssis”) yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]