Sığorta şirkəti yaşı 35-dək olan gəncləri işə dəvət edir
İşəgötürən: Atəşgah Sığorta
Vakansiya: Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsinin mütəxəssisi
Müddət: 2022-04-12 – 2022-05-12
Şəhər: Bakı
Əsas vəzifə öhdəlikləri:
-Sığorta məhsullarının satışını telefon vasitəsilə və online həyata keçirmək;
-Online platformalar vasitəsilə həyata keçirilən Satış prosesinə nəzarət etmək və satış planını yerinə yetirmək.
-Şirkətin xidmətləri, sığorta məhsulları, tarif, prosedur və aksiyaları barədə lazımi məlumatı müştəriyə təqdim etmək;
-Görülmüş iş haqqında gündəlik, aylıq və illik hesabatların təqdim edilməsi;
-Məlumatları informasiya bazasına daxil etmək;
-Müxtəlif istiqamətlər üzrə informasiya bazasını yaratmaq;
-Birbaşa rəhbərin və o cümlədən şuranın/komitələrin tapşırıqlarını yerinə yetirmək.
Namizədə tələblər:
-Yaş: 35-ədək
-Təhsil: Ali
-Dil bilikləri: Azərbaycan (əla), Rus dili(yaxşı), ingilis dili (arzuolunan)
-Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Şəxsi keyfiyyətlər:
-Ünsiyyət qurmaq bacarığı
-Yüksək təqdimat bacarığı
-Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı
-Satış bacarığı, təqdimat qabiliyyəti
İş şərtləri:
-Əmək müqaviləsi bağlanılır
-İş vaxtı 09:00 – 17:30
-Sabit əmək haqqı (gross məbləğ) – 441 – 555 AZN
Məlumatlandırıcı qeydlər:
-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
-CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
-Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
-İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e- mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsi” qeyd etmələri xahiş olunur.
Vakansiyalar
- 9 saat, 27 dəq
-
9 saat, 29 dəq
Casino on-line setting: engagement structure and player experience
-
9 saat, 29 dəq
Casino on-line setting: interaction layout and player experience
-
9 saat, 29 dəq
Casino on-line setting: interaction layout and player experience
-
9 saat, 29 dəq
Casino on-line platforms: gameplay structure and player engagement