Sığorta məsləhətçiləri qrupunun meneceri axtarılır (Şəki, Zaqatala)

Menecer

atesgah atesgahsigorta


“Atəşgah” sığorta şirkəti  sığorta məsləhətçiləri qrupunun meneceri (Şəki , Zaqatala) vakansiyasını elan edib.
 
Namizədə tələblər
Yaş: 23-40
Cinsi: kişi və ya qadın
Təhsil: Ali və ya orta texniki
İş təcrübəsi: 1 il sığorta sahəsində iş təcrübəsi olana üstünlük verilir.
Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
Yaşayış yeri – Şəki , Zaqatala
Kompyuter bilikləri: MS Office (Word, Excel, Power Point) yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər
Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

Əsas vəzifə öhdəlikləri
Sığorta məsləhətçiləri ilə işin qurulması və komandanın idarə edilməsi
Sığorta məsləhətçilərinin fəaliyyətini planlaşdırmaq;
Satış planının yerinə yetirilməsini təmin etmək;
Yeni sığorta agentlərinin axtarışını və seçimini həyata keçirmək;
Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri
Əmək müqaviləsi bağlanılır
İş vaxtı 09:00 – 17:30
İş günü 5/2
Namizədin yaşayış yerinə uyğun olaraq Şəki və ya Zaqatala filialında iş yeri
Əmək haqqı (gross məbləğ): 442 – 556 AZN
 
Məlumatlandırıcı qeydlər
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

– Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər. Məktubun mövzusunda (məktubun mövzu bölməsində, vakansiyanın adını “Sığorta Məsləhətçiləri qrupunun meneceri (Şəki, Zaqatala)” qeyd etmək mütləqdir 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]