Satış üzrə Menecer axtarılır

Menecer


İşəgötürən – Times Consulting

Əsas vəzifə öhdəlikləri:

Şirkətin təqdim etdiyi xidmətlərin aktiv satışının həyata keçirilməsi, bazar araşdırılması və yeni satış kanallarının axtarışının təşkil edilməsi.

Müştəri bazası ilə işin aparılması, müvafiq əlaqələrin qurulması. 

Satış hesabatlarının rəhbərliyə təqdim edilməsi. 

Satış  effektivliyinin artırılmasına dair təkliflərin hazırlanması.

Rəqiblərin mütamadi təhlili. 

Müştəri məmnuniyyətin yüksəldilməsi məqsədi ilə Müştəri Xidmətləri şöbəsi ilə müntəzəm iclaslarda iştirak. 

Namizədlərə dair  tələblər:

Ali təhsil;

“B to B” satışında ( reklam sahəs üstünlükdür) min. 1 il iş təcrübəsi;

“Soyuq satış” metodu ilə satışın həyata keçirilməsində təcrübə;

Azərbaycan və rus dillərinin səlis biliyi, ingilis dilinin biliyi  üstünlük təşkil edir;

Yüksək kommunikasiya   və təqdim etmə bacarıqları;

Komandada işləmək bacarığı;

Çeviklik və tez öyrənmə bacarığı;

Stressə dözümlülük;

Kompüter bilikləri (MS Office).

Üstünlüklərimiz:

Gənc və şən kollektiv;

Karyera inkişafı;

Şəhərin biznes mərkəzində müasir və rahat iş şəraiti;

5 günlük iş rejimi

Nəqliyyat, nahar, telefon danışıqları şirkət tərəfindən təmin olunur;

Əmək haqqı 750  manat  ( namizədin təcrübəsindən asılı olaraq daha yüksək məbləğ təyin edilə bilər)  

Vakansiya ilə maraqlananlar    [email protected]   elektron  məktubun mövzu (Subject) hissəsində “Satış üzrə menecer” başlığını  qeyd edərək CV-ni göndərə bilərlər.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]