Satış təmsilçisi tələb olunur (soyuq satış) tələb olunur (Qadın – kişi)

Satıcı


İşəgötürən – Novator HRC

Əmək Haqqı: 700-1100 AZN + bonus (amortizasiya xərcləri daxil)

Qeyd: Yanacaq xərci qarşılanır.

İş şəraiti:

· ARƏM uyğun işə qəbul;

· İş saatı: 08:30-18:00;

· Həftədə 1 gün istirahət.

Vəzifə və öhdəliklər:

· Yuyucu vasitələrin, təmizlik maşınlarının və digər təmizlik avadanlıqlarının tanıtımını və soyuq satışını həyata keçirmək;

· Yeni müştərilərin cəlb edilməsi və partnyor şəbəkəsinə daxil edilməsi;

· Təyin olunmuş satış planlarının icrası;

· Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;

· Müştərilərdən ödənişlərin toplanması;

· Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;

· Mövcud müştəri bazasını inkişaf etdirmək və möhkəmləndirmək;

· Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.

Tələblər:

· Natamam ali təhsil;

· Sürücülük vəsiqəsi və şəxsi maşını olmalı;

· Qeyd olunan sahədə azı 1-3 il iş təcrübəsi;

· Cins: Kişi/Qadın;

· Yaş həddi: 22-35;

· HoReCa, Səhiyyə və s digər satış sahələrində yüksək bilik və bacarıqları olması üstünlükdür;

· Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;

· Azərbaycan dilini səlis bilməlidir, rus və ingilis dili arzuolunandır;

· Ofis proqramları biliyi;

· Yüksək kommunikasiya və satış bacarığı olmalı;

· Dəqiq, intizamlı və işində məsuliyyətli.

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Satış təmsilçisi (Soyuq satış)” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]