Satış təmsilçisi tələb olunur

İşəgötürən – AEM Elektron
Namizədə olan tələblər:
Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi olan namizədlər;
Yaş həddi 25-35;
Ünsiyyətcil və inandırma qabiliyyəti yüksək olmalı;
Dil bilikləri Azərbaycan dili əla səviyyədə ( Rus dili biliyi üstünlükdür)
Cəld, dinamik, məsuliyyətli, dəqiq,icraçılıq qabiliyyəti olmalı;
Satış sahəsində kariyera qurmağı hədəf seçən ;
Vəzifə və öhdəliklər:
Şirkət ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq;
Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, şirkətə yeni müştərilər qazanmaq;
Daimi olaraq müştəri ziyarəti;
Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;
Satış nöqtələrinə verilmiş malların pulunun yığmını vaxtında təmin etmək;
Ərazidə qalan müştəri borclarına cavabdehlik daşımaq və nəzarət etmək;
Şirkətin məhsullarının satış nöqtələrində istehlakçının diqqətini cəlb edəcək şəkildə açılış və düzülüşlərinin gerçəkləşməsini, məhsulu satışa hazırlanmasını təmin etmək, məhsulun satış görünüşünə nəzarət etmək;
Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
Gün sonu hesabatların verilməsi;
Biz Sizə nə təklif edirik:
Peşəkar, mehriban komandada iş;
Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;
Nahar təminatı;
Əmək haqqı 630 AZN+%(bonus)
6 günlük iş rejimi Əmək Məcəlləsinə uyğun olaraq;
Uyğun namizədlərdən öz CV formalarını [email protected] adresinə göndərməsi xahiş olunur.
Vakansiyalar
- 2 gün, 10 saat, 56 dəq
- 2 gün, 10 saat, 59 dəq
- 3 gün, 4 saat, 14 dəq
- 3 gün, 4 saat, 56 dəq
- 3 gün, 4 saat, 58 dəq