Satış təmsilçisi tələb olunur

İşəgötürən – Xəzinəmed
Almaniya və Türkiyə istehsalı olan “Velavit” markasının Azərbaycanda rəsmi distributoru olaraq komandamıza “Satış təmsilçisi” axtarışındayıq.
İş təsviri:
Bölgəsində olan bütün apteklərin və satış nöqtələrinin mütəmadi olaraq təsdiqlənmiş plan üzrə ziyarət
Apteklərin və satış nöqtələrinin alqı-satqı hesabatlarına ciddi nəzarət
Apteklərdə və satış nöqtələrində olan stockların müntəzəm mövcudluğuna nəzarət, məhsullar bitdikdə depoya sifariş verilməsi
Rəf düzülüşünə və merçendayzinqə nəzarət
Şirkətdə verilmiş təlimatları, tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək
Məhsul haqqda bililiklərə maksimum yiyələnmək və ehtiyac olduqda şirkət təlimlərində iştirak etmək
Namizədə tələblər:
Ali təhsil
OTC (aptek) qrupunda satış təmsilçisi kimi iş təcrübəsi
Şəhərin apteklərini yaxşı tanımalı
B kateqoriya sürücülük vəsiqəsi
Etik davranış qaydalarına və geyim tərzinə fikir verməli, Nizam-intizamlı olmalı
Komandada işləmək, Ünsiyyət qurmaq, Danışıqlar aparmaq, Problemləri həlletmə bacarığı
İşində olduqca məsuliyyətli,dürüst və çevik olmalı
Məqsədəyönlülük və inkişafa meyilli
İş şəraiti:
AR Əmək məcəlləsinə uyğun rəsmiləşmə
Korporativ nəqliyyat vasitəsi və şirkət tərəfindən yol xərcləri
1000 azn əmək haqqı və hədəflər vurulduqda yüksək bonuslar
Şəkilli CV-nizi [email protected] mail adresinə göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 gün, 19 saat, 16 dəq
- 5 gün, 19 saat, 6 dəq
- 5 gün, 19 saat, 9 dəq
- 6 gün, 12 saat, 24 dəq
- 6 gün, 13 saat, 6 dəq