Satış təmsilçisi axtarılır

İşəgötürən – İnvestel Group
İş barədə məlumat:
Bakıda və Azərbaycanın regionlarında topdan və pərakəndə satışın qurulması, müştəri bazasının formalaşdırılması
Malların satışının planlaşdırılması, sxemlərinin, formalarının, metodlarının və texnologiyalarının işlənib hazırlanması, malların bazara çıxarılması
Potensial alıcıların müəyyən edilməsi və onlarla işgüzar əlaqələrin qurulması
Qiymətlərin müəyyən edilməsində iştirak, müqavilələr üzrə ödəniş formalarının müəyyən edilməsi
Müqaviləqabağı işlərin aparılması və alqı-satqı, təchizat və s. müqavilələrin bağlanması
Daimi müştərilərlə əlaqə saxlayır, onlarla müqavilələri yenidən müzakirə edir
Şirkətin bazasında olan məhsullarının topdan satışı üzrə danışıqların aparılması, müqavilələrin bağlanması
Bağlanmış müqavilələrin tələblərinin vaxtında və tam şəkildə yerinə yetirilməsinə nəzarət, müqavilənin icrasının bütün mərhələlərində sifarişçi ilə qarşılıqlı əlaqə (bütün yaranan problemlərin həlli)
Istehlak bazarının öyrənilməsində, istehlakçılarla kommersiya əlaqələrinin formalaşmasında və genişləndirilməsində, istehlakçıların tələb və tələblərinin ödənilmə dərəcəsinin, məhsulların istehsalı və satışı üzrə uzunmüddətli və illik planların layihələrinin hazırlanmasında, satış proqnozlarının hazırlanmasında iştirak
Görülən işlərin qeydinin aparılması
Satış ,Müştəri bazası haqqında rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.
Şərtlər:
Iş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq(fix əmək haqqı+satışdan bonus) .
Xərclər (yanacaq və telefon nömrə Şirkət tərəfindən ödəniləcək )
Namizədə tələblər:
Eyni vəzifədə ən azı 3 il iş təcrübəsi
Kişi namizəd,25-40 yaş
Dil bilikləri: Azərbaycan və rus dillərində səlis və sərbəst danışıq
Kompüter bilikləri: MS Excel,
Dəqiq və məsuliyyətli
Şəxsi maşını olması mütləqdir
Işgüzar ünsiyyət etikası
Yüksək səviyədə ünsiyyət qurmaq bacarıqları.
Qeyd olunan tələblərə cavab verən və maraqlanan namizədlər öz CV-lərini mövzü hissəsinə “Satış təmsilçisi” qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 saat, 55 dəq
-
1 ay, 3 həftə, 4 gün, 22 saat, 26 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 6 saat, 24 dəq
- 2 ay, 3 gün, 6 saat, 14 dəq
- 2 ay, 3 gün, 6 saat, 17 dəq