Satış nümayəndəsi tələb olunur
İşəgötürən – Nurgun Holding
İş haqqında məlumat:
Şirkətin idxal etdiyi və yerli istehsalı olan ərzaq və qeyri-ərzaq mallarının satışını təşkil etmək;
Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
Təyin olunmuş satış planlarının icrası;
Müştərilərdən ödənişlərin toplanması;
Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.
Tələblər:
Ali təhsil;
Sürücülük vəsiqəsi və şəxsi avtomobil;
Satış sahəsində ən azı 1-3 il iş təcrübəsi;
Satışları təhlil etmək bacarığı;
Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;
Bakı şəhərində qeydiyyatda olmalı;
Kompüterdə sərbəst işləmək bacarığı;
Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
İnkişafa meyilli;
Öz üzərində işləyən;
Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı
Yaş həddi 25-35 arası
Digər məlumatlar:
yüksək karyera imkanları;
iş saatları: 09:00-dan 18:00-dək;
5 günlük iş qrafiki;
CV – lərinizi [email protected] adresinə göndərərkən mövzu qismində ” Satış nümayəndəsi” sözünün yazılması mütləqdir!
Qeyd: Şəxsi avtomobilin olması mütləqdir.
Vakansiyalar
- 13 saat, 40 dəq
- 13 saat, 43 dəq
- 14 saat, 19 dəq
- 14 saat, 22 dəq
- 3 ay, 2 həftə, 3 gün, 4 saat, 57 dəq