Satış Nümayəndəsi axtarılır

Digər


İşəgötürən – Holcim

Şöbə: Kommersiya 

İş vaxtı: Tam iş vaxtı 

Vəzifələr:

Ona təhkim olunmuş ərazidə şirkət məhsullarının və xidmətlərinin aktiv satışını həyata keçirmək;

Müəssisə tərəfindən qoyulmuş planı və lazımi satış səviyyəsini təmin etmək;

Satış zamanı müəssisənin müştəri məmnuniyyəti standartına uyğun iş fəaliyyəti aparmaq;

Potensial müştəriləri müəyyənləşdirmək, onlarla əlaqə yaratmaq yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;

Mövcud müştəri bazasını inkişaf etdirmək və möhkəmləndirmək;

İş gününü təyin edilmiş plana əsasən qurmaq və ərazidə iş sxemini hazırlamaq və icrasına riayət etmək;

Satış nöqtəsinin iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət etmək;

Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, talama təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq;

Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək.

Təminat:

Bonus proqramına uyğunluq

Sığorta paketi + ailə üzvləri

Əlavə yemək müavinətləri 

Səyahət Xərclərinin əhatəsi

Tələb olunan keyfiyyətlər:

Təhsil və İş təcrübəsi:

Orta təhsil;

Sürücülük vəsiqəsi;

Avtomobil arzuolunandır;

Pərakəndə satış sahəsində ən azı 1 il iş təcrübəsi üstünlükdür;

Ünsiyyət bacarıqları;

Satış bacarıqları;

Stressə davamlılıq;

Məsuliyyət;

Müraciət proseduru:

Maraqlananlar  CV –lərini, mövzu hissəsində mütləq “Satış Nümayəndəsi” yazmaqla   [email protected]   adresinə göndərə bilərlər: Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək, lakin şirkət uyğun namizədi müəyyən etdikdə işə qəbul prosesini dayandırmaq ixtiyarındadır.

Ərizələrin son qəbul tarixi:    25 avqust  , 2023


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]