Satış meneceri axtarılır – (Tikinti materialları üzrə)

İşəgötürən – BSC Consulting & Outsourcing Company
İş barədə məlumat:
Məhsulların tanıtması və satışının təşkil edilməsi
Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərə çatmaq
Müştəri Bazasının formalaşdırılması;
Xüsusi müştəri şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi;
Şirkət tərəfindən müəyyən edilmiş satış planının həyata keçirirlməsi;
Şirkətin satış həcminin artırılmasına dəstək;
B2B görüşlərin keçirilməsi;
Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi
Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
Satışın stimullaşdırılması üçün təkliflər vermək;
Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;
Müştəri bazasının artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
Mövcud müştəri əlaqələrinin idarə edilməsi;
Satış nöqtələrində məhsulların şirkətin tələblərinə uyğun olaraq düzgün təqdim edilməsi;
Müştərilərə məhsulun keyfiyyəti və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
Yeni məhsulların təqdim edilməsi bacarığı;
Müştəri xidmətinin keyfiyyətinə nəzarət etmək;
Marketinq tədbirlərində iştirak edilməsi;
Müştərilərilərin tələblərinin öyrənilməsi, təklif edilən xidmətlərin müştəri üçün vacibliyinin vurğulanması;
Müştəri portfelinin genişləndirilməsi üzrə işlərin aparılması;
Yeni müştərilərlə uzunmüddətli münasibətlərin yaradılması və loyallığın artırılması üzrə işlərin aparılması;
Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi.
Əmək haqqı 2000 AZN (Fix əmək haqqı + Bonus)
Namizədə tələblər:
Ali təhsil
İngilis dili səlis, Rus dili arzuolunandır
Komandada və stres altında işləmək bacarığı
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
Ünsiyyətcil və inandırma bacarığı
Öz üzərində işləyən, inkişafa meyilli
Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
Satışın analizini aparmaq bacarığı
Vaxtın səmərəli idarəolunması bacarığı
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Satış meneceri” qeyd etməklə göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 saat, 49 dəq
-
1 ay, 3 həftə, 4 gün, 22 saat, 20 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 6 saat, 18 dəq
- 2 ay, 3 gün, 6 saat, 8 dəq
- 2 ay, 3 gün, 6 saat, 11 dəq