Satış meneceri  axtarılır – (süd və süd məhsulları)

Menecer

satici menecer


İşəgötürən – Milk-Pro

Tələblər:

İqtisadiyyat / Maliyyə / Kommersiya / Marketinq sahələrində ali təhsilli olmalı

Qida satışında ən azı 3-5 il tərcübəsi olmalıdır

Süd müəhsulları  satışı sahəsində təcrübə arzuolunandır

MS Office baza bilikləri

Xarici dil bilikləri

Ünsiyyət qurmaq, inandırmaq qabiliyyəti, səlist kommunikasiya bacarığı olmalıdır

Təşəbbüskarlıq qabiliyyəti olmalıdır

Vəzifə Öhdəlikləri:

Ərazi daxilində (ölkə daxili) müvafiq süd məhsulların satışının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi.

Rəqib fəaliyyətləri haqqında məlumatların toplanılması, təhlili və dövri olaraq hesabatların hazırlanması.

Mövcud portfelin təhlili və bazarın tələbatına uyğun yeni məhsullar üzrə təkliflərin verilməsi.

Dövri olaraq satış üzrə KPİların hazırlanması və icra edilməsi

Potensial müştərilərlə ünsiyyətin qurulması, nümunələrin çatdırılması, digər satışöncəsi tədbirlərin görülməsi

Tabeçiliyində olan işçilərin fəaliyyətlərinin yaxından kontrol edilməsi, onların performansına uyğun olaraq mükafatlandırma və ya tənbeh prosedurlarının həyata keçirilməsi.

Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll edilməsi.  

Müştərilər üzrə aylara görə müqayisəli satış hesabatlarının hazırlanması və analiz edilməsi.

Satışların artması və ya azalması halında analizlər edilərək lazımi tədbirlərin görülməsi.  

Müştəri borclarını mühasibatlıq məlumatları ilə qarşılaşdırıb kontrol edilməsi. Hər 3 aydan bir bütün borcların rəsmi olaraq üzləşməsini etmək.

İş qrafiki: həftə içi 6 gün

Ünvan: Suraxanı ray., Hövsan qəs.

Əmək haqqı:  müsahibə əsasında müəyyən ediləcəkdir. (+ bonus, KPİ)

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini    [email protected]   e-mailin mövzu hissəsində “Satış meneceri” qeyd edərək göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]