Satış meneceri axtarılır (avtomobil satışı sahəsi üzrə)

Menecer


İşəgötürən – Rich Motors

Vəzifə öhdəlikləri:

Müştəriləri gülərüzlə qarşılamaq, müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, onlara avtomobillər, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat vermək;

Müştəri ehtiyaclarını öyrənmək, bazarda olan prosesləri izləmək, müştəridən gələn informasiyaları toplamaq, təhlil etmək və təkliflər vermək;

Müştərilər üçün test-drive təşkil etmək;

Satılan avtomobili prosedura uyğun müştəriyə təhvil vermək;

Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflərə çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək;

Avtomobil bazarının xüsusiyyətlərini bilmək və rəqibləri izləmək;

Kollektivdə məsuliyyətli olmaq, komanda işi nümayiş etmək;

Satışla bağlı qayda və prosedurlara riayət etmək;

Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi;

Namizədə tələblər: 

Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;

Satış  sahəsi üzrə 2 il iş təcrübəsi;

MS Office və 1C  proqramlarında işləmək bacarığı;

Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli;

Yüksək danışıq qabiliyyəti və aktiv satış bacarığı;

Kollektivdə işləmə bacarığı, dinamiklik, gərginliyə davamlılıq və inandırma bacarığı;

İş şərtləri: 

Həftədə 6 iş günü 

Əmək haqqı + bonus: 1500 azn

AR ƏM əsasən rəsmiləşdirmə

Karyera inkişafı imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Satış meneceri” yazaraq   [email protected]   adresinə göndərmələri xahiş olunur.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]