“Satınalma üzrə mütəxəssis” axtarılır
ABV şirkəti “Satınalma üzrə mütəxəssis” vakansiyasını elan edir.
Vəzi̇fə Öhdəli̇kləri̇:
Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili, xarici bazarda araşdırılması;
Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlərin vaxtında təqdim olunması)
Təhlillərin aparılması və hesabatların hazırlanması.
Nami̇zədə Tələblər:
Ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi ;
Kompüter bilikləri -MS Office (Word,Excel,Outlook) ;
Təchizatçıların idarəedilməsi üzrə proqram təminatı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
Dil bilikləri: Azərbaycan, ingilis (yüksək səviyyədə), rus dili biliyi üstünlükdür;
Məsuliyyətlilik, planlaşdırmaq, komandada işləmək bacarıqları;
Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları.
CV-nizi e-mail [email protected] adresinə vakansiyanın adını qeyd etməklə göndərə bilərsiniz.
Vakansiyalar
-
1 gün, 7 saat, 11 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 7 saat, 45 dəq
- 2 gün, 1 saat, 51 dəq
- 2 gün, 21 saat, 5 dəq
- 3 gün, 12 saat, 50 dəq