“Satınalma/Təsərrüfat işləri üzrə mütəxəssis” tələb olunur

Mütəxəssis

investaz


İşəgötürən –  Invest AZ QSC

Vəzifə – Satınalma/Təsərrüfat işləri üzrə mütəxəssis

Namizədə tələblər:

-Təhsil : Ali təhsil;

-İş stajı : müvafiq sahədə ən azı 2-3 il;

-Dil biliyi: Azərbaycan dili;

-Yaş həddi: 25-40.

-Cəhətlər:

-Səliqəli görünüş;

-Məsuliyyətli;

-Səlist danışıq qabiliyyəti.

Əsas vəzifələr:

-Aid olduğu şöbə üzrə ofis daxili işlərə nəzarət;

-İşgüzar ünsiyyətin əxlaqına və peşə etiketi qaydalarına riayət etmək;

-Ofis daxili lazım olan ləvazimatların alışı, yerləşdirilməsi;

-Aidiyyatı şöbənin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər görmək;

-Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlıq etmək;

-İstifadə üçün nəzərdə tutulmuş bütün məhsullar haqqında məlumatların dəqiq qeydiyyatını aparmaq;

-Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

-İş saatları: 09:00-18:00;

-Nahar fasiləsi: 13:00- 14:00;

-İstirahət günləri: Altı, Bazar;

-Tibbi sığorta;

-AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;

-Nahar şirkət tərəfindən təqdim edilir.

Diqqət: CV-nizi  “Təsrrüfat/Satınalma işləri üzrə mütəxəssis”  başlığı altında qeyd edərək e-mail adresinə [email protected] göndərə bilərsiniz.

Şirkət haqqında

20 ilə yaxın Dünya və Azərbaycan Maliyyə bazarlarında peşəkar investisiya xidmətləri təqdim edən, müddətsiz lisenziyaya malik lnvestAZ investisiya şirkəti, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

Maliyyə bazarlarında fəaliyyəti dövründə ölkənin aparıcı investisiya şirkətlərindən birinə çevrilərək, müasir, fərqli, innovativ və texnoloji yanaşmaları ilə maliyyə-yatırım dünyasında bir çox yeniliklərə imza atmışdır.

Bakının dünya maliyyə bazarlarının lokomitivinə çevriləcəyini hədəfləyən Şirkətimiz, bu məsul yolda özünə əmin, intellektual və iddialı olan şəxsləri (Sizləri) komandamıza qatılmağa dəvət edir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]