Safaroff Agency iOS developer axtarır

Proqramçı


İşəgötürən: Safaroff Agency

Vakansiya: iOS Developer

Son tarix: 16 iyul 2022

Mobile development komandamıza daimi olaraq bizimlə işləyəcək Middle iOS Developer axtarılır. Əsas vəzifəniz verilən tapşırıqları qabaqcadan təyin edilən vaxt bölgülərinə uyğun olaraq yerinə yetirmək olacaq. Layihələri tələblərini yerinə yetirmək üçün bütün texniki sənədlər və şəxsi/texniki dəstək təmin edəcəyik. Tapşırıqlar qabaqcadan müəyyənləşdirilir və prioritetləşdirlir.

Tələb edirik:

-iOS proqramlaşdırma üzrə 1 ilə yaxın iş təcrübəsi

-AppStore-da yayımlanmış və istifadədə olan ən az 1 mobil tətbiq üstünlük olacaq;

-REST APİ ilə JSON strukturundan praktiki istifadə təcrübəsi

-Clean architecture bacarığı

-Documentation ilə işləmə təcrübəsi. Əsasən Postman və Swagger

-Swift və ən son iOS dizayn nümunələrini (MVVM/Clean Architecture/RxSwift) istifadə edərək tətbiqin dizaynına, inkişafına dəstək

-Objective-C, Swift и Cocoa Touch proqramların biliyi

-GİT və multi-environment release ilə təcrübə

-Objective-C bilikləri üstünlüyünüz olacaq

Təklif edirik:

-Şəhərin mərkəzində metroya yaxın yerləşən ofis

-Əmək haqqı namizədə uyğun təyin ediləcək.

-İş saatları 09:00 – 18:00

-Rəsmi əmək müqaviləsi

-Mehriban kollektiv və daimi inkişaf edə biləcəyiniz komanda

Özünüzü tələblərə uyğun görürsünüzsə [email protected] mail ünvanına iOS Developer başlığıı ilə CV lərinizi göndərə bilərsiniz.

Namizədlər üzrə seçim 2 mərhələdə olacaq: 1) Interview 2) Test mərhələsi.

Seçilmiş namizədlər yuxarıda qeyd edilən 2 mərhələli interview üçün dəvət ediləcək.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]