Sənəd dövriyyəsi və arxiv şöbəsinə böyük məsləhətçi tələb olunur

Digər


İşəgötürən – “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs

Vəzifə öhdəlikləri:

Arxiv mühafizəxanasının yaradılmasını, sənədlərin mühafizəsi, qeydiyyatı və səmərəli yerləşdirilməsi işinin təmin edilməsi; 

Mühafizəxanada sənədlərin yerləşdirilməsi, axtarılması, topoqraflaşdırılması və verilməsi işlərinin həyata keçirilməsi;

Sənədlərin mövcudluğu və fiziki-kimyəvi vəziyyətinin yoxlanması, cildlənməsi və bərpa üçün hazırlanması, dezinfeksiya, dezinseksiya və qutulara yığılması işlərinin təşkil edilməsi;

Mühafizəxanada sənədlərin temperatur-rütubət rejiminə və sanitar-gigiyena rejiminə nəzarət edilməsi;

Arxiv işinin inkişafına dair illik planların işlənib hazırlanması və onların yerinə yetirilməsinə dair hesabatların tərtib edilməsi;

Dövlət mühafizəsinə vermək üçün seçilən sənədlərin keyfiyyətinə nəzarət edilməsi;

Xidmətdə mühafizə olunan sənədlərin vəziyyəti və həcmi barədə hesabatın tərtib edilməsi;

Arxiv şöbəsinə təhvil verilməli olan qovluq və bağlamaların müvafiq prosedurun tələblərinə əsasən yoxlanılaraq təhvil – təslim aktı əsasənda qəbul edilməsi;

Qəbul edilmiş qovluq və bağlamaların uyğun xronoloji ardıcıllıq üzrə rəflərə yığılması;

Ehtiyac yarandıqda sənədlərin tarix və aidiyyəti üzrə qruplaşdırılması, qovluqlara yerləşdirilməsi və reyestrinin tərtib edilməsi;

Bəzi arxiv sənədlərinin elektron məlumat daşıyıcılarında (scan formada) əks etdirilməsi və sorğu verən struktur bölməyə və/və ya vəzifəli şəxsə elektron sistem vasitəsi ilə göndərilməsi;

Təhvil alınmış sənədlərin təhvil – təslim aktlarının elektron reystrinin təşkil edilməsi;

Saxlanma müddəti başa çatmış sənədlərin ayırılması və bu barədə müvafiq aktın tərtib edilməsi;

Rəhbər və ya digər səlahiyyətli şəxslərin tələbnaməsi ilə kağız formada saxlanılan sənədlərin müvəqqəti istifadə üçün sorğu edən şəxslərə təhvil verilməsinin təmin edilməsi və s.

Tələblər:

Ali təhsil; 

Müvafiq qanunvericilik və təlimatlar üzrə biliklərinə malik olmaq;

Səlis Azərbaycanca səlis danışıq və yazı;

Arxiv sahəsi üzrə minimum 5 il iş təcrübəsinə malik olmaq;

MS Office və Elektron Sənəd dövriyyəsi proqramlarında işləmə bacarığı.

Əmək şəraiti:

İş yeri: Bakı və Qarabağ ərazisi;

İş rejimi: 5 gün/ 09:00 – 18:00;

Əmək haqqı: 1418 AZN ildə 3 dəfə əmək haqqı miqdarında mükafat.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini   [email protected]    elektron ünvanına, mövzu hissəsində “Sənəd dövriyyəsi və arxiv şöbəsinin böyük məsləhətçisi” yazmaqla göndərmələri xahiş olunur. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]