Rifah Group partnyorlarla iş üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Rifah Group

Vakansiya: Partnyorlarla iş üzrə mütəxəssis

Son tarix: 30 iyul 2022

Vəzifə öhdəlikləri:

-Hər hansı satış kanalından yönləndirilən potensial müştəri ilə əlaqə saxlayır, müəssisənin fəaliyyəti, məhsul və xidmətəri barədə ona lazımı məlumatları verir, onun məlumatlarını, tələb və istəklərini proqram əminatına qeyd edir və onun satış nöqtəsinə dəvət edir, zəruri halda bunu təşkil edir, müştəri ziyarət tarixini proqram təminatına daxil edir

-Satış nöqtəsinə yönləndirilmiş müştərilərin vaxtında qarşılanmasına və qaydalara uyğun yüksək keyfiyyətdə xidmət göstərilməsinə nəzarət edir

-Satış nöqtəsinə yönləndirilmiş müştəri ilə yekun sövdələşmə, razılaşma, danışıq barədə qeydlərin aidiyyatı əməkdaş tərəfindən proqram təminatında qeyd edilməsini təşkil edir və prosesə nəzarət edir

-Satış nöqtəsinə birbaşa, habelə, fəaliyyət göstərdiyi satış nöqtəsi ilə bağlı müştəridən yazılı şikayət daxil olduqda, daxil olan müştəri şikayət və təkliflərini dinləyir, müştəriyə qısa zamanda geri dönülməsini, problemin həll edilməsini təşkil edir və şikayətlərin aidiyyatı şəxs tərəfindən proqram təminatında uçotunun aparılmasını təşkil edir. 

-Müəssisədən xidmət alan və ya alış-veriş edən müştərilərlə beş gün ərzində, həmçinin daxili qaydalara uyğun müəyyən olunmuş dövrlərdə əlaqə axlayır, onlarla məmnuniyyət sorğusu aparır və proqram təminatına müvafiq qiymətləndirməni və qeydləri daxil edir. Müştəri narazılığı olduqda, həll olunması istiqamətində işləri təşkil edir və prosesə nəzarət edir. 

-Birbaşa rəhbərinə qaydalara uyğun dövrü və tapşırılan hesabatları təqdim edir

Namizədə tələblər:

-Ünsiyyət və aydın danışıq bacarığı

-Öyrənmə və təqdimat bacarığı

-İnsanlarla işləməyə meyilli olmalı

-Planlama və hədəflərlə işləmə bacarığı

-Öyrətmə və problemləri həll etmə bacarığı

-Müştərilərlə və şikayətləri ilə iş bacarığı

-Satışyönümlü işlərdə minimum 3 il iş təcrübəsi

-Azərbaycan dili səlis bilməli, rus dili bilmək üstünlükdür

-Komputer proqramını öyrənmək və qavramaq bacarığı

Əmək haqqı: 600 azn

İş yeri: Bakı şəhəri

İşin əhatə dairəsi: Abşeron üzrə

İş qrafiki: Həftədə bir dəfə istirahət

Rabitə: Korperativ nömrə ilə təmin edilmə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Partnyorlarla iş üzrə mütəxəssis“qeyd edərək CV-lərini [email protected] elektron poçt ünvanına göndərsinlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]