Quba Palace Hotel İT şöbəsinə müdir axtarır

İşəgötürən: Quba Palace Hotel
Vakansiya: İT şöbəsinin müdiri
Son tarix: 04 avqust 2022
Vəzifə öhdəlikləri:
-Şirkətin İT sahəsində siyasətini işləyib hazırlayır, istiqamətləndirici işlərin nizamlanmasını və müəssisədə informasiya axınları üzərində nəzarəti təşkil edir;
-Şirkətin İT sahəsində təhlükəsizlik siyasətinin idarəedilməsi və monitorinqi təşkil edir;
-Şirkətin yeni informasiya sisteminin quraşdırilmasi üçün program və texniki təhlili və hazırlanması həyata keçirir;
-Şirkətin butun İT aid proqramların, avadanlıqların saz vəziyyəttə olmasını və fasiləsiz işləmələrini təmin edir;
-Şirkətin informasiya sistemi, program və texniki təminatları məqsədli yenilənməsini təşkili edir;
-Şirkətin informasiya sisteminə və onun fəaliyyətinə aid layihə sənədlərini, texniki tapşırığları və xərclər smetasını hazırlayır;
-Müəssisənin avtomatlaşdırılmasındakı dəyişikliklərin proqnozlaşdırılmasını həyata keçirir və idarəetmə üzrə qabaqlayıcı tədbirləri işləyib hazırlayır;
-İnformasiya sisteminin istifadəsi və istismarı üzrə təlimatların, metodik və normativ materialların işlənib hazırlanmasına rəhbərliyi həyata keçirir;
-Şirkətin informasiya sisteminin lazımi səmərəliliyinin əldə olunmasına nəzarət edir;
-İT departamentinin büdcəsini hazırlayır;
-İT departamentinin işi barədə hesabatları müəssisənin rəhbərinə təqdim edir.
-İT departamentinin xidmət əməkdaşlarına rəhbərliyi həyata keçirir;
Namizədə tələblər:
-Ali təhsil
-İT sahəsində ən azı 3 il, müvafiq vəzifədə azı 1 il iş təcrübəsi
-İT prosedurları, təlim inkişafla bağlı biliklər
-Şəbəkə avadanlıqlarının, o cümlədən Cisco şəbəkə avadanlıqları, fayrvol avadanlıqlarının idarə edilməsi, sazlanması üzrə biliklər.
-İşə planlı və vicdanla yanaşması; Detallara diqqət yetirməli; İşə planlı yanaşmalı; Ünsiyyət yaratmaq bacarığı;
-Liderlik qabiliyyəti;
-Fəal olması;
-Dəqiqlik, dürüstlük, məxfilik.
Nəqliyyat və yataqxana ilə təmin olunma;
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 1 həftə, 3 gün, 10 saat, 14 dəq
-
1 ay, 3 həftə, 1 gün, 5 saat, 45 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 5 gün, 13 saat, 43 dəq
- 2 ay, 13 saat, 33 dəq
- 2 ay, 13 saat, 36 dəq